» » » “Tüfeylilik vergisi” ləğv olundu

“Tüfeylilik vergisi” ləğv olundu

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Belarusun ölkə başçısı Aleksandr Lukaşenko “Tüfeylilik vergisi” adlandırılan yığımın ləğvi ilə bağlı sərəncam imzalamışdır. Sənədə əsasən, işləməyən vətəndaşlar dövlət xərclərinin maliyyələşdirilməsi üçün yığımdan azad edilmişlər.

Sərəncamda bildirilir, Belarusda daimi fəaliyyət göstərən komissiyalar ölkənin işsiz vətəndaşlarının işə düzəlməsinə yardım edəcək. Komissiyalara parlamentin deputatları, yerli hakimiyyət orqanlarının ekspertləri və ictimai birliklərin nümayəndələri daxil  ediləcək və onlara geniş səlahiyyətlər veriləcək.

Xatırladaq ki, Belarus Prezidentinin tüfeylilik əleyhinə yönəldilmiş dekreti 2015-ci ilin aprelində imzalanmışdır. Həmin sənədə əsasən, işləməyən və vergi ödəməyən əməkqabiliyyətli vətəndaşlar hər il dövlət büdcəsinə 200 ABŞ dolları məbləğində vəsait ödəməli idilər. 2017-ci ilin fevralında bu dekretlə bağlı ölkədə etiraz nümayişləri keçirilmiş, martda isə Prezident Lukaşenko bu yığımın bir illiyə dayandırılması ilə bağlı sərəncam imzalamışdır.

Mənbə: www.vergiler.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az