» » » Tibbi sığorta xidmətlərinin vergidən azad edilməsi

Tibbi sığorta xidmətlərinin vergidən azad edilməsi

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Tibbi sığorta xidmətləri, vergidən azadVergi Məcəlləsinə əlavə edilmiş 164.1.51-ci maddəyə və “Tibbi sığorta haqqında” Qanuna uyğun olaraq icbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi sığorta xidmətlərinin göstərilməsi 2020-ci il yanvarın 1-dən 1 il müddətinə ƏDV-dən azad edilmişdir.

Vergilər Nazirliyindən bildirilib ki, “Tibbi sığorta haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən, xidmətlər zərfi – icbari tibbi sığortanın maliyyə mənbələri hesabına sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən tibbi xidmətlərin toplusudur.

Həmin qanunun 15-12.1-ci maddəsində isə qeyd edilib ki, tibbi xidmətlər sığortaolunanlara xidmətlər zərfinə uyğun olaraq icbari tibbi sığorta fondunun vəsaiti hesabına göstərilir. “Tibbi sığorta haqqında” Qanunda könüllü tibbi sığorta sistemində tibbi xidmətlər üçün tariflər, icbari tibbi sığorta üzrə tibbi xidmətlərin göstərilməsi qaydası, habelə icbari tibbi sığortanın maliyyə mənbələri hesabına tibbi xidmətlərin göstərilməsi ilə bağlı tibbi sığortanın subyektləri arasındakı münasibətləri tənzimləyir.

Qeyd olunanlara əsasən, icbari tibbi sığorta fondunun vəsaiti hesabına göstərilən xidmətlər icbari tibbi sığorta çərçivəsində tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlərdir.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun