» » » Temperament tipinə görə peşə seçimi (2-ci hissə)

Temperament tipinə görə peşə seçimi (2-ci hissə)

posted in: muhasibat, Məqalə, Xəbər | 0
birbank biznes
Hansı temperament tiplərinə hansı peşələr uyğun gəlir?

Hansı temperament tipinə aid olduğunuzu bilirsinizmi? Psixoloqlar dörd temperament növünü fərqləndirirlər:

  • Xolerik;
  • Sanqvinik;
  • Fleqmatik;
  • Melanxolik.

Hər bir insan müəyyən temperament tipinə malikdir. Hər temperamentin də özünəməxsus xüsusiyyətləri var, hansı ki bu xüsusiyyətləri bilmək insanın özünü tanıması deməkdir. Psixoloqların fikrincə insanın hansı peşəyə meyilli olması, sırf onun temperamenti ilə bağlıdır. Odur ki, peşə seçimi etməzdən əvvəl, hər kəs öz temperamentini müəyyənləşdirsə, gələcəkdəki iş həyatı üçün daha uğurlu olar.

Xolerik və fleqmatik tip insanlar haqqında məqalənin əvvəlki hissəsində bəhs etmişdik.

Bu yazıda sanqvinik və melanxolik tip insanlardan danışacağıq.

Siz eyni zamanda bir neçə tapşırığı yerinə yetirə bilirsiniz, təşkilati qabiliyyətlərinizlə qürur duya bilirsiniz və mürəkkəb işlərə diqqətinizi cəm etməyi bacarırsınız? Onda siz – sanqviniksiz. Sanqviniklər – təbiətən rəhbərlik etmək üçün yaranıblar. Onlardan ən ədalətli və səmimi rəislər çıxır, kollektivin sevimlisi olurlar. Bu temperamentdən olanlar istənilən adamı yola gətirə və özlərinə cəzb edə bilirlər.

Sanqviniklər istənilən fəaliyyət sahəsində müvəffəqiyyət qazana bilirlər, amma yeknəsəq iş, məsələn, kompüter arxasında durmaq onlarlıq deyil.  Sanqviniklər insanlarla işləmək sahəsi ilə bağlı peşələrdə özlərini əla hiss edirlər, onlardan yaxşı psixoloqlar, müəllimlər, eləcə də həkim, sosial işçilər, menecerlərtəşkilatçılar çıxır.

Əgər, əhval-ruhiyyə adamısınızsa, qərarsızsınızsa, amma tez adaptasiya olunursunuzsa, onda siz – melanxoliksiniz. Belə adamlar müşahidəçi və fərasətli olurlar.

Melonxoliklər insanlarla daimi ünsiyyət tələb olunan işləri, eləcə də cərrah, təyyarəçi, yanğınsöndürən, dispetçer, xilasedicipsixoloq kimi daim özündə stress daşıyan peşələri seçməməlidirlər. Melanxoliklər özlərini daha çox yaradıcılıq, humanitar və ya kənd təsərrüfatı ilə bağlı peşələrdə göstərə bilərlər. Temperament tipinə görə onlardan yaxşı pedaqoqlar (xüsusilə azyaşlı uşaqlarla işləyən), rəssamlar, bəstəkarlar, baytar həkimləri, zootexniklər, incəsənət xadimləri çıxa bilər.

Psixoloqlar hesab edirlər ki, insan xarakteri özündə az və ya çox şəkildə hər bir temperamentin elementlərini birləşdirir. Əgər siz özünüzə və öz xarakterinizə qarşı diqqətli olsanız, onda çətinlik çəkmədən öz davranışlarınızı, əməllərinizi təhlil edə və öz temperament tipinizi müəyyənləşdirə bilərsiniz. Bu sizə gələcəkdə ürəyinizə yatan peşəni seçməkdə kömək edə bilər.

Məqalənin birinci hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz.

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az