» » » Təhsil müəssisələrində çalışan bəzi şəxslərin əmək haqlarında dəyişiklik edildi

Təhsil müəssisələrində çalışan bəzi şəxslərin əmək haqlarında dəyişiklik edildi

posted in: Xəbər | 0
birbank biznes

AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 103
Bakı şəhəri, 15 mart 2018-ci il
“Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış
dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində idarəetmə, təhsil
və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları
sxeminin və məbləğlərinin təsdiq edilməsi haqqında”
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 1 fevral
tarixli 26 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

“Təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 fevral tarixli 3724 nömrəli Sərəncamının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. “Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları sxeminin və məbləğlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 1 fevral tarixli 26 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin:

1.1. 6-cı hissədə “500”, “450”, “400” rəqəmləri müvafiq olaraq “550”, “495”, “440” rəqəmləri ilə əvəz edilsin;

1.2. həmin qərarla təsdiq edilmiş 1-5 nömrəli əlavələr yeni redaksiyada təsdiq edilsin (1-5 nömrəli əlavələr).

2. Bu qərar 2018-ci il martın 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının

Baş naziri                                            Artur Rasi-zadə

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2018-ci il 15 mart
tarixli 103 nömrəli qərarı ilə
təsdiq edilmişdir.

1 nömrəli əlavə

Dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və
bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış
müəllimlərin aylıq vəzifə maaşlarının
S X E M İ

 

 

Sıra

№-si

 

 

Təhsili

Bir stavka dərs yükü 18 saat olmaqla, aylıq vəzifə maaşı

(manatla)

pedaqoji staj 3

ilədək olduqda

pedaqoji staj 3

ildən 8

ilədək olduqda

pedaqoji staj 8

ildən 13

ilədək olduqda

pedaqoji staj 13

ildən 18

ilədək olduqda

pedaqoji staj 18

ildən çox olduqda

1. Ali təhsilli 385 413 435 462 495
2. Orta ixtisas təhsilli  

352

 

369

 

385

 

407

 

440

 

Qeyd. Dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin aylıq vəzifə maaşlarına qrup rəhbərliyinə görə 50 manat əlavə ödənilir.

 

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2018-ci il 15 mart
tarixli 103 nömrəli qərarı ilə
təsdiq edilmişdir.

2 nömrəli əlavə

Dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və
bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış baş
ustaların aylıq vəzifə maaşlarının
S X E M İ

Sıra

№-si

Təhsilin pillələri və pedaqoji staja qoyulan tələblər Aylıq vəzifə maaşı

(manatla)

1. Orta ixtisas təhsilli, ixtisas üzrə 3 ildən 8 ilədək əmək stajı 363
2. Ali ixtisas təhsilli, ixtisas üzrə 3 ilədək

əmək stajı; orta ixtisas təhsilli, ixtisas üzrə 8 ildən 13 ilədək əmək stajı

396
3. Ali ixtisas təhsilli, ixtisas üzrə 3 ildən 8 ilədək əmək stajı; orta ixtisas təhsilli,

ixtisas üzrə 13 ildən çox əmək stajı

418
4. Ali ixtisas təhsilli, ixtisas üzrə 8 ildən az olmayaraq əmək stajı 440

 

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2018-ci il 15 mart
tarixli 103 nömrəli qərarı ilə
təsdiq edilmişdir.

3 nömrəli əlavə

Dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik
və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış
istehsalat təlimi ustalarının aylıq vəzifə maaşlarının
S X E M İ

Sıra

№-si

Təhsilin pillələri və pedaqoji staja qoyulan tələblər Aylıq vəzifə

maaşı (manatla)

1. Ümumi orta təhsilli, sahə üzrə 3 ildən az olmayan əmək stajı; orta ixtisas təhsilli,

əmək stajına tələb qoyulmadan

330
2. Ali ixtisas təhsilli, əmək stajına tələb

qoyulmadan; orta ixtisas təhsilli, ixtisas üzrə 3 ildən 8 ilədək əmək stajı

347
3. Ali ixtisas təhsilli və ixtisas üzrə 3 il əmək stajı; orta ixtisas təhsilli, ixtisas üzrə 8

ildən 13 ilədək əmək stajı

363
4. Ali ixtisas təhsilli, ixtisas üzrə 3 ildən 8

ilədək əmək stajı; orta ixtisas təhsilli, ixtisas üzrə 13 ildən 18 ilədək əmək stajı

374
5. Ali ixtisas təhsilli, ixtisas üzrə 8 ildən az olmayaraq əmək stajı və ya usta vəzifəsində 5 ildən az olmayaraq əmək stajı; orta ixtisas təhsilli, 18 ildən az

olmayaraq ixtisas üzrə əmək stajı

385

 

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2018-ci il 15 mart
tarixli 103 nömrəli qərarı ilə
təsdiq edilmişdir.

4 nömrəli əlavə

Dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və
bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış gənclərin
çağırışaqədərki hazırlığı rəhbərlərinin aylıq vəzifə maaşlarının
S X E M İ

Sıra

№-si

Təhsilin pillələri və pedaqoji staja qoyulan tələblər Aylıq vəzifə maaşı

(manatla)

1. Xüsusi hazırlıq keçmiş, tam orta təhsilli, pedaqoji stajı ən azı 5 ilə qədər 253
2. Xüsusi hazırlıq keçmiş, tam orta təhsilli, pedaqoji stajı 5 ildən çox; orta ixtisas təhsilli,

pedaqoji stajı 5 ilə qədər

264
3. Orta ixtisas təhsilli, pedaqoji stajı 5 ildən 10 ilədək; orta hərbi təhsilli və ya ali təhsilli, pedaqoji stajı hər iki halda 5 ilə qədər 275
4. Ali təhsilli, pedaqoji stajı 5 ildən çox; orta ixtisas təhsilli, pedaqoji stajı 10 ildən çox; orta

hərbi təhsilli, pedaqoji stajı 5 ildən çox; ali hərbi təhsilli, pedaqoji staja tələb qoyulmadan

292

 

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2018-ci il 15 mart
tarixli 103 nömrəli qərarı ilə
təsdiq edilmişdir.

5 nömrəli əlavə

Dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və
bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış fiziki
tərbiyə rəhbərlərinin aylıq vəzifə maaşlarının
S X E M İ

Sıra

№-si

Təhsilin pillələri və pedaqoji staja qoyulan tələblər Aylıq vəzifə

maaşı (manatla)

1. Ali     təhsilli,     pedaqoji     staja     tələb qoyulmadan; orta ixtisas təhsilli, 5 ildən

az olmayaraq pedaqoji staj

242
2. Ali    təhsilli,    3    ildən    az    olmayaraq

pedaqoji staj; orta ixtisas təhsilli, 10 ildən az olmayaraq pedaqoji staj

253
3. Ali təhsilli, 3 ildən 8 ilədək pedaqoji staj; orta ixtisas təhsilli, idman üzrə fəxri adı olan; orta ixtisas təhsilli, 18

ildən az olmayaraq pedaqoji staj

264
4. Ali    təhsilli,    8    ildən    az    olmayaraq pedaqoji staj 275

 

 

AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 102
Bakı şəhəri, 15 mart 2018-ci il
“Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və
bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan
müəllimlərin, həmin müəssisələrin direktor və direktor
müavinlərinin vəzifə maaşları sxeminin və məbləğlərinin,
vəzifə maaşlarına əlavələrin məbləğlərinin təsdiq edilməsi
haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2016-cı il 11 iyul tarixli 270 nömrəli qərarında dəyişikliklər
edilməsi barədə

“Təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 fevral tarixli 3724 nömrəli Sərəncamının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1.“Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları sxeminin və məbləğlərinin, vəzifə maaşlarına əlavələrin məbləğlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 iyul tarixli 270 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 7, maddə 1349) aşağıdakı dəyişikliklər edilsin:

1.1.4-cü hissə aşağıdakı redaksiyada verilsin:

“4. Müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan dövlət ümumi təhsil müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 13 mart tarixli 89 nömrəli qərarına 1 nömrəli əlavə – “Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan elmi müəssisə və təşkilatlar istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli”nin 18-ci dərəcəsinə uyğun olaraq 535 manat, direktor müavinlərinin aylıq vəzifə maaşı isə 482 manat müəyyən edilsin;

1.2. həmin qərarla təsdiq edilmiş 1 və 2 nömrəli əlavələr yeni redaksiyada təsdiq edilsin (1 və 2 nömrəli əlavə ).

2.Bu qərar 2018-ci il martın 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının
Baş naziri                                          Artur Rasi-zadə

 

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2018-ci il 15 mart
tarixli 102 nömrəli qərarı ilə
təsdiq edilmişdir.

1 nömrəli əlavə

Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və
bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan
müəllimlərin aylıq vəzifə maaşlarının
S X E M İ

 

 

Sıra

№-si

 

 

Təhsili

Bir stavka dərs yükü 18 saat olmaqla, aylıq vəzifə

maaşı (manatla)

pedaqoji staj 3 ilə qədər olduqda pedaqoji staj 3

ildən 8 ilə qədər olduqda

pedaqoji staj 8

ildən 13 ilə qədər olduqda

pedaqoji staj 13

ildən 18 ilə qədər olduqda

pedaqoji staj 18

ildən çox olduqda

1. Ali

təhsilli

385 413 435 462 495
2. Orta ixtisas

təhsilli

 

352

 

369

 

385

 

407

 

424

 

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2018-ci il 15 mart
tarixli 102 nömrəli qərarı ilə
təsdiq edilmişdir.

2 nömrəli əlavə

Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və
bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan, gənclərin
çağırışaqədərki hazırlığı rəhbərlərinin aylıq vəzifə maaşlarının

S X E M İ

 

Sıra

№-si

Təhsilin pillələri və pedaqoji staja qoyulan tələblər Aylıq vəzifə maaşı

(manatla)

1. Xüsusi hazırlıq keçmiş, tam orta təhsilli, pedaqoji stajı ən azı 5 ilə qədər 253
2. Xüsusi hazırlıq keçmiş, tam orta təhsilli, pedaqoji stajı 5 ildən çox; orta ixtisas təhsilli, pedaqoji stajı

5 ilə qədər

264
3. Orta ixtisas təhsilli, pedaqoji stajı 5 ildən 10

ilədək; orta hərbi təhsilli və ya ali təhsilli, pedaqoji stajı hər iki halda 5 ilə qədər

275
4. Ali təhsilli, pedaqoji stajı 5 ildən çox; orta ixtisas təhsilli, pedaqoji stajı 10 ildən çox; orta hərbi təhsilli, pedaqoji stajı 5 ildən çox; ali hərbi təhsilli,

pedaqoji staja tələb qoyulmadan

292

 

Mənbə: cabmin.gov.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az