Sual: Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin I kurs tələbəsiyəm, təhsil haqqını universitetə nağd qaydada ödəyə bilərəmmi?
Cavab: «Nağdsız hesablaşmalar haqqında» Qanunun 3.4.8-ci maddəsinə əsasən, təhsil haqqının ödənilməsi bu Qanunun 3.3-cü maddəsinin müddəalarından asılı olmayaraq, yalnız nağdsız qaydada həyata keçirilir.
Vergi Məcəlləsinin 58.7-1-ci maddəsində göstərilir ki, təhsil haqlarını nağd qaydada qəbul edən təhsil müəssisələrinə (müvafiq təhsil proqramları əsasında təhsil prosesini həyata keçirən və məzunlara müvafiq təhsil haqqında dövlət sənədi verən qurum) «Nağdsız hesablaşmalar haqqında» Qanunun 3.4.8-ci maddəsinin tələbləri pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə isə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Qeyd olunanlara əsasən:
Təhsil müəssisələrinə təhsil haqlarının ödənilməsi yalnız nağdsız qaydada həyata keçirilməlidir.
Samirə Musayeva
Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktoru
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.