» » » Tarixin ən böyük almazlarından biri tapılıb

Tarixin ən böyük almazlarından biri tapılıb

posted in: Xəbər | 0
birbank biznes

almazBotsvanada (Afrika) 998 karat çəkisində nəhəng almaz tapılıb. Bu qiymətli daş indiyədək nə vaxtsa aşkar edilən ən böyük almazlar siyahısında beşinci yeri tutur, Bloomberg agentliyi belə yazır.

Bu almazı Karove şaxtasında Kanadanın kiçik bir dağ-mədən şirkəti olan Lucara Diamond aşkara çıxarıb. Ümumilikdə götürdükdə,  bu həmin şirkətin sözügedən mədəndən tapdığı ilk nəhəng almaz deyil. Belə ki, Lucara Botsvanada çəkisi 1758 karat olan “Nadir tapıntı” almazını da aşkar etmişdi, sonradan həmin almaz lyuks mallar istehsalçısı Louis Vuitton şirkəti tərəfindən satın alınmışdı. Həmin qiymətli daş tarixin ən böyük almazları siyahısında ikinci yeri tutur.

2015-ci ildə yenə də Karovedəki mədəndən 1109 karat çəkidə olan və “Bizim işıq” adlandırılan almaz tapılmışdı. Sonra həmin qiymətli daş 53 milyon dollara satılmışdı. Elə həmin ildə, elə həmin mədəndən 813 karat çəkisi olan və “Ulduzlar qrupu” adı verilən almaz tapılmışdı. Bu almaz isə 63 milyon dollara satılmışdı.

Dünyada indiyədək aşkar edilən ən nəhəng daş isə – “Afrika ulduzu” adlandırılan və 3106 karatlıq almazdır. Həmin daş 1905-ci ildə Cənubi Afrikada “Premyer” şaxtasında aşkara çıxarılmışdı ki, sonrakı dövrdə həmin qiymətli daş bir neçə hissəyə bölünmüşdü. Həmin hissələrin ən böyükləi hesab olunan iki qiymətli daş (“Afrikanın böyük ulduzu” və “Afrikanı ikinci ulduzu”)  Britaniya tacını bəzəyən qiymətli daşların bir hissəsini təşkil edib.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun