» » » Azərbaycanda spirtli içki istehsalının lisenziyalaşdırılması təklif olunur

Azərbaycanda spirtli içki istehsalının lisenziyalaşdırılması təklif olunur

posted in: Xəbər | 0
birbank biznes

Sosial sığorta ödəmələri vergi daxilolmalarıİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində araq, şərab və pivə məhsullarının istehsalçısı olan iri vergi ödəyiciləri ilə görüş keçirilib.

Məlumata görə, görüş Vergi siyasəti baş idarəsinin və digər aidiyyəti strukturlarının nümayəndələrinin iştirakı ilə onlayn formatda baş tutub. Gğrüşdə həmin sahədə mövcud vəziyyət, istehsal prosesi və ixracla bağlı çətinliklər dinlənilib, aksiz markalarının tətbiqinin təkmilləşdirilməsi, aksiz vergisinin hesablanması və ödənilməsi, vergi tutulan əməliyyatların vaxtının müəyyən edilməsi və pul vəsaitlərinin nağdlaşdırılması ilə əlaqədar müzakirələr aparılıb.

Qeyd edilib ki, başlıca çətinliklərdən biri kustar üsulla keyfiyyətsiz məhsul istehsal edən şəxslərin haqsız rəqabət aparmasıdır. Çətinliyin həlli kimi isə spirtli içki istehsalı ilə bağlı fəaliyyətin lisenziyalaşdırılması təklif olunub.

Görüş iştirakçılarına vergi qanunvericiliyi ilə əlaqədar müvafiq izahatlar verilib və dövlət-biznes əməkdaşlığının bundan sonra da davam etdiriləcəyi bildirilib.


Mənbə: report.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun