» » » “Sosial müavinətlər haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarıldı

“Sosial müavinətlər haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarıldı

posted in: Xəbər | 0
birbank biznes

“Sosial müavinətlər haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarıldı

İnzibati Xətalar Məcəlləsi əmək müqaviləsiMilli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında “Sosial müavinətlər haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Dəyişiklik layihəsi barəsində Milli Məclisin İqtisadi və sosial qanunvericilik şöbəsinin Əmək qanunvericiliyi sektorunun müdiri Adil Vəliyev məlumat verib.

Sektor müdiri bildirib ki, layihəyə əsasən qanuna yeni maddə əlavə edilir:

“Yeni maddəyə əsasən övladlığa götürülən uşağa görə hansı halda müavinətin təyin ediləcəyi müəyyənləşir. Belə ki, qanuna dəyişiklik layihəsi ilə övladlığa götürülən uşağa görə müavinət valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 3-18 yaş arası uşağı, o cümlədən 0-18 yaş arası sağlamlıq imkanları məhdud uşağı övladlığa götürən şəxsə 2021-ci il yanvarın 1-dən sonra övladlığa götürülən uşaq üçün (uşağın övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi təqdim edildikdə) təyin olunacaq”.

Qanuna digər layihəsində isə qeyd edilib ki, dövlət qulluqçularına ömürlük müavinət, yaşa görə müavinət, 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə müavinət, ailə başçısını itirməyə görə müavinət, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətlərdən birini almaq hüququ olan şəxslərin övladlığa götürülən uşağa, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə aylıq müavinət almaq hüququ yarandıqda, həmin şəxslərə hər iki müavinət təyin ediləcək.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun