» » » Smartfonun itməsi və ya oğurlanması zamanı pulların qorunması üsulu

Smartfonun itməsi və ya oğurlanması zamanı pulların qorunması üsulu

posted in: Xəbər | 0
birbank biznes

Rusiyanın əməkdar hüquqşünası İvan Solovyov mobil telefonunun itməsi və ya oğurlanması halında pulları necə qorumaq lazım olduğunu izah edib. O, RT-ə verdiyi müsahibədə bu haqda məlumat verib.

Ekspert izah edib ki, əgər düyməli telefondursa, pulların qorunması ilə bağlı narahat olmağa dəyməz. O, bank kartlarındakı məlumatların telefon kitabçasına yazılışını istisna hal adlandırıb. Bu halda PİN kodun dəyişdirilməsi üçün hökmən banka müraciət etmək lazmdır.

Solovyov smartfonun itməsi və ya oğurlanması halında pulun qorunması üsulunu da açıqlayıb. Əgər smartfonda mobil bankçılıq proqramı quraşdırılıbsa, o zaman hesabdakı vəsait birbaşa təhlükə altındadır. Belə olan halda hüquqşünas kredit təşkilatının proqramına girişi bloklamağı məsləhət görüb.

“Siz dərhal ən yaxın telefondan bankınıza zəng etməli və problem barədə operatora məlumat verməli və onlayn bankçılığa girişi bloklamağı xahiş etməlisiniz”, – o, qeyd edib.

Mütəxəssis əlavə edib ki, smartfonu itirmək risklərini minimuma endirmək üçün GPS telefon axtarış funksiyasını işə salmaq, həmçinin rəqəmsal parol ilə ekran kilidini quraşdırmaq lazımdır.  Brauzerdəki bildirişlərdən istifadə etməmək də eyni dərəcədə vacibdir.

“Və ən başlıcası: əgər sizin telefonunuzda mobil bankçılıq quraşdırılıbsa, belədə ona öz pul kisəniz kimi yanaşın – smartfonunuzu hara gəldi atmayın və gözə görünən yerlərdə saxlamayın”, – Solovyev sözünü belə yekunlaşdırıb.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun