» » » İşəgötürən işçinin kreditini necə ödəyə bilər?

İşəgötürən işçinin kreditini necə ödəyə bilər?

posted in: Xəbər | 0
birbank biznes

işçinin krediti , Problemli Kreditlər, vakansiyaAzərbaycan Respublikası Mülki Məcəlləsinin 956.1-ci maddəsinə görə bank hesabı müqaviləsi bağlanarkən müştəriyə və ya onun göstərdiyi şəxsə tərəflərin razılaşdırdığı şərtlərlə bankda hesab açılır. Bu isə o deməkdir ki, əmək haqqı, pensiya və digər növ kartı olan şəxslərlə birbaşa və ya dolayısı ilə bağlanmış bank hesabı müqavilələrinə görə bankla razılaşmaya əsasən hesabdan pulun akseptsiz silinməsi halları da göstərilir. Buna görə də banklarla bağlanmış müqavilələrdə diqqətli olmaq məqsədəuyğundur.

Bu yazıda işçinin əmək haqqından akseptsiz qaydada kredit ödənişinin çıxılması barədə əsas məsələləri qeyd edəcəyik.


Lizinq müqaviləsi barədə araşdırma


Əmək Məcəlləsinin 175.1-ci maddəsinə görə əmək haqqından tutulmalar yalnız işçinin razılığı ilə və müəyyən hallar (vergi, sığorta ödənişləri, həmkarlar ittifaqına üzvlük haqqı və s) nəzərə alınmaqla tutula bilər. İşəgötürən işçinin yazılı razılığı əsasında əmək haqqından tutma edərkən özünün müəyyən etdiyi məbləği deyil, işçi tərəfindən razılıq verilmiş müddət və həcmdə olan məbləği tutaraq təyinatı üzrə ödənişlərə yönəldə bilər.

İşçinin razılığı ilə işəgötürən tərəfindən əmək haqqının müvafiq hissəsi kommunal xərclərin, bankdan aldığı ssudaların, kreditlərin və digər şəxsi borcların ödənilməsi üçün tutularaq ödənilməlidir. Onu da qeyd edək ki, işçi ərizə ilə işəgötürənə müraciət etməyibsə, onun kreditorlarının tələbi ilə işçinin borcları əmək haqqından tutula bilməz. Bu hal yalnız məhkəmə qərarlarının icrası və işçinin kredit (o cümlədən bank hesabı) müqaviləsi üzrə razılıq verdiyi ödənişlər olduqda nəzərə alınmır.

Yekunda qeyd edək ki, işçi razılıq verəcəyi yaxud məhkəmə işi üzrə ödəniş etməli olacağı məsələlərlə bağlı əvvəlcədən işəgötürəni məlumatlandırdığı zaman gözlənilməz itkilərə məruz qalmaya bilər.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun