» » » “Sığortaçının sistem əhəmiyyətli sığortaçı kimi qiymətləndirilməsi meyarları” dəyişib

“Sığortaçının sistem əhəmiyyətli sığortaçı kimi qiymətləndirilməsi meyarları” dəyişib

posted in: Xəbər | 0

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Sığortaçının sistem əhəmiyyətli sığortaçı kimi qiymətləndirilməsi meyarları”nda dəyişikliklər edib.

Bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.

Qərara əsasən, bazar iştirakçısının sistem əhəmiyyətli sığortaçı kimi qiymətləndirilməsi üçün kateqoriyaların sayını 4-dən 3-ə, indikatorların sayı isə 8-dən 6-ya endirilib.

Bununla belə, sistem əhəmiyyətliliyi müəyyənləşdirmək üçün cəmi aktivlər indikatoru 20 %-dən 30 %-ə çatdırılıb.

Mənbə: report.az

Xarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır?