Vergi yoxlamaları ilə bağlı vergi ödəyicilərində sual yaradan məqamlardan biri də səyyar vergi yoxlamasının əhatə etdiyi dövrün artırılmasıdır. Mövzuya iqtisadçı Anar Bayramov aydınlıq gətirir.
Vergi Məcəlləsinin 36.3-1-ci maddəsinə əsasən, vergi ödəyicisində keçirilən səyyar vergi yoxlaması zamanı bu maddə ilə müəyyən olunmuş müddətlər nəzərə alınmaqla yoxlamanın əhatə etdiyi dövr və (və ya) vergi növləri aşağıdakı hallarda artırıla bilər:
– vergi ödəyicisinin müraciəti əsasında – keçirilən səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdən sonrakı dövrdə vergidən yayınma hallarının olması barədə vergi orqanında mənbəyi bəlli məlumatlar olduqda
Misal 1: Vergi orqanı vergi ödəyicisində son 2 il üzrə səyyar vergi yoxlaması həyata keçirir. Vergi ödəyicisi müraciət edərək son 3 il üzrə yoxlamanın keçirilməsini tələb etsə, vergi orqanı yoxlamanın əhatə etdiyi dövrü 1 il müddətinə uzada bilər. Amma vergi ödəyicisi yoxlama dövrünün 2 il artırılmasını tələb edə bilməz. Çünki Vergi Məcəlləsinin 36.3-cü maddəsinə əsasən, bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər.
Ezamiyyə üçün bir günlük norma necə hesablanır və işçi qayıtdıqdan sonra ondan hansı məbləğ tutula (geri alına) bilər?
Misal 2: Vergi orqanı vergi ödəyicisində yalnız əlavə dəyər vergisi üzrə yoxlama keçirir. Vergi ödəyicisi vergi orqanına müraciət edərək, mənfəət (gəlir) vergisi üzrə yoxlamanın keçirilməsi ilə bağlı müraciət edir. Bu halda vergi orqanı Vergi Məcəlləsinin 36.3-cü maddəsini əsas tutaraq, vergi ödəyicisində səyyar vergi yoxlaması üzrə digər vergi növünü də əlavə edə bilər.