Satılmış sənədsiz mallar xərcə necə silinir?
Sual: Öyrənmək istəyirik ki, 2018-ci ildən müəssisə anbarında EVHF olmadan və dəyəri ödənilmədən alınmış malların qalığı qalıb və onların istifadə müddəti də 2020-ci ilə kimi uzana bilər. Nağdsız hesablaşmalara əsasən ödənişlər hansı qaydada və hansı əsasa olmalıdır? (yəni EVHF yoxdursa). Mənfəət vergisi hesablanarkən EVHF olmayan və anbar qalığı olan malların xərci necə hesablanmalıdır?
Telegram qrupumuza üzv olun
Cavab: Bildiririk ki, vergi ödəyicisi malları sahibkarlıq subyektlərindən aldıqda malların alışı qanunvericiliklə müəyyən edilmiş sənədlər (elektron qaimə-faktura və elektron vergi hesab-faktura) əsasında, vergi orqanında uçotda olmayan şəxslərdən aldıqda isə “Malların alış aktı” tərtib edilməklə sənədləşdirilir.
Sorğunuzda qeyd olunan malların dəyərinin xərc kimi tanınmasını təsdiq edici sənəd olmadığı üçün, həmin sənədsiz mallar vergi ödəyicisinin gəlirdən çıxılan xərclərinə aid edilmir.
Mənbə: taxes.gov.az