» » » Rusiyada əmək haqqı ABŞ-dakı maaşlara nə vaxt daha yaxın olub?

Rusiyada əmək haqqı ABŞ-dakı maaşlara nə vaxt daha yaxın olub?

posted in: Xəbər | 0
birbank biznes

əmək haqqıSovetlər Birliyi dönəmində maaşların ABŞ-dakı əmək haqlarına daha yaxın olduğu vaxtlar 1950-ci il ilə 1960-cı illər arası dövrə təsadüf  edib. Belə ki, həmin zamanlarda RSFSR-də o vaxtkı əmək haqqı ilə ABŞ-dakı maaşlar arasında nisbi fərqi 1,8 dəfə olub, – “Neskuçnaya ekonomika” saytının yaradıcısı, iqtisad elmləri namizədi Mixail Solovyev belə söyləyir. – Lakin, 1961-ci ildə SSRİ-də pul islahatı ilə yanaşı, həm də rublun devalvasiyası həyata keçirildi. Sovet pul vahidi məzənnəsinin dollara qarşı aşağı salınması, xammal ixracından rublla gəlirləri artırmağa imkan verdi. Lakin iki ölkənin nominal (hesablanmış) əmək haqqı arasında dollar ekvivalentində ifadə edilmiş fərq dərhal yüksəldi. 1970-ci ildə həmin fərq RSFSR-də artıq 3,8 dəfəyə yüksəlmişdi. Müasir Rusiyada isə bu fərq 2019-cu ilin yekunlarına görə, 6 dəfəyə yüksəlib.

Onu da qeyd etmək lazımdır ki, SSRİ-də rublun valyuta məzənnəsi direktiv şəkildə müəyyən edilmiş və iqtisadi prosesləri əks etdirməmişdir. Sovet maaşlarının Stalin və Xruşşev dövründə real alıcılıq qabiliyyəti kapitalist dünyasında lider olan ölkələrdən xeyli geri qalırdı. Məsələn, RSFSR-in orta statistik sakini 1950-ci ildə öz maaşı ilə orta amerikalıdan 37 dəfə az çörək ala bilərdi. Sonra isə bir neçə onillik ərzində rubl və dolların alıcılıq qabiliyyəti əksinə, aşağı düşmüşdü. 1990-cı illərdə, SSRİ-nin dağılması və həmişə effektiv olmayan islahatlar nəticəsində yaranan böhran dövründə Rusiyada həm nominal, həm də real əmək haqqı kəskin şəkildə aşağı düşdü.  Sonra isə yenidən yüksəliş başlandı. 2019-cu il statistikasına görə, eyni çörəyi alarkən, Rusiya maaşlarının alıcılıq qabiliyyəti Amerikadakından 4 dəfə geri qalır.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun