Mühasibat uçotu haqqında qanunda kiçik dəyişiklik ediləcək.
Belə ki, bununla bağlı Mühasibat uçotu haqqında qanunda dəyişiklik layihəsi parlamentdə müzakirəyə çıxarılıb. Təklif edilən dəyişiklik layihəsinə əsasən:
3.1. 2.1.1-ci maddədən “normativ” sözü çıxarılacaq;
3.2. 4.4-cü maddədə “Azərbaycan Respublikasının Mərkəzi Bankı” sözləri “müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum” sözləri ilə əvəz ediləcək;
3.3. 8.1-1-ci maddəyə “subyektləri” sözündən sonra “(kredit təşkilatları istisna olmaqla)” sözləri əlavə ediləcək.
Mənbə: meclis.gov.az