» » » Bu podratçıların vergi öhdəlikləri ilə bağlı tələblər daha da sərtləşdirilir

Bu podratçıların vergi öhdəlikləri ilə bağlı tələblər daha da sərtləşdirilir

posted in: Xəbər | 0
birbank biznes

Bu podratçıların vergi öhdəlikləri ilə bağlı tələblər daha da sərtləşdirilir

Azərbaycanda satınalma prosedurlarında iştirak edən malgöndərənlərin – podratçıların vergi öhdəlikləri ilə bağlı tələblər daha da sərtləşdirilir.

Bu, “ Dövlət satınalmaları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna əsasən, satınalmada iştirak edənlərin vergilərə və digər icbari ödənişlərə dair vaxtı keçmiş  öhdəlikləri olmamalıdır.  Təklif edilən dəyişikliyə əsasən, həm də son 1 il ərzində vergi ödəyicisinin Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması tələb ediləcək.

Təklif olunan dəyişiklikdə məqsəd satınalma prosedurlarında iştirak etmək istəyənlərin vergiləri vaxtında və tam ödəməsinə məsuliyyətini artırmaqdır.

Layihə Milli Məclisin növbədənkənar sessiyasının iyulun 9-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Mənbə: apa.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.