» » » Pensiya kapitalı nə qədər arta bilər?

Pensiya kapitalı nə qədər arta bilər?

posted in: Xəbər | 0
birbank biznes

Pensiya kapitalı nə qədər arta bilər?

Prezident İlham Əliyevin imzaladığı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” fərmana əsasən, qanunun “Əmək pensiyalarının indeksləşdirilməsi” ilə bağlı 29-cu maddəsinə dəyişiklik edilib. Dəyişikliklərə görə, sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı hər ilin əvvəlində öncəki ilin inflyasiya səviyyəsində indeksasiya olunacaq. Fərmanın bu hissəsini izah edən iqtisadçı eksrert Vüqar Bayramov dəyişikliyi misallarla izah edib.

İqtisadçının sözlərinə görə, əgər pensiya kapitalında 10 min manat vəsait varsa və illik inflyasiya səviyyəsi 6 faizdirsə, o zaman həmin məbləğə 600 manat əlavə olunacaq: “Ötən il əmək pensiyasının sığorta hissəsində və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının qeyri-rəsmi məşğulluq səviyyəsini nəzərə alaraq ölkə üzrə orta aylıq nominal əmək haqqındakı artım faizinə deyil, illik inflyasiya səviyyəsinə uyğunlaşdırılmasını təklif etmişdik.

Eyni zamanda, rəsmi illik inflyasiya dərəcəsinin hesablanması mexanizminin və metodologiyasının təkmilləşdirilməsini vacib hesab edirik. Belə ki, bəzi illərdə, xüsusən də məzənnədə dəyişiklik baş verən zaman inflyasiya səviyyəsi daha yüksək olur. Nəticədə əmək pensiyasının sığorta hissəsi və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı belə, inflyasiya dərəcəsi üzrə indeksasiya oluna bilmirdi”.

Bəzi illərdə nominal orta aylıq əməkhaqqındakı artımın inflyasiya səviyyəsindən çox ola biləcəyini istisna etməyən ekspert, strateji olaraq, inflyasiya səviyyəsinin əməkhaqqı artımından daha çox olduğunu və bunun indeksasiya məbləğinə təsir göstərdiyini qeyd edib.

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
pensiya kapitalı