» » » Pensiyanın bir növündən başqa növünə keçmə hüququnda məhdudiyyət aradan qaldırılacaq

Pensiyanın bir növündən başqa növünə keçmə hüququnda məhdudiyyət aradan qaldırılacaq

posted in: Xəbər | 0
birbank biznes

pensiyaPensiya ilə bağlı yeni qanun layihəsində pensiyaçıların maraqları nəzərə alınmaqla, heç bir istisna olmadan pensiyaçının əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququnun təsbit edilməsi nəzərdə tutulur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görtə, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 34-cü maddəsinə əsasən, pensiyaçının yaşa görə pensiya növündən əlilliyə görə pensiya növünə keçirilməsi məhdudlaşdırılıb. Yəni yaşa görə pensiya alan şəxsin əlilliyə görə də pensiya hüququ yarandıqda, o, yaşa görə pensiyadan imtina edib əlilliyə görə pensiyaya çıxa bilməz.

Yeni qanun layihəsində nəzərdə tutulan dəyişiklik bu məhdudiyyəti aradan qaldırmağa yönəldilib. Yəni, hər hansı bir pensiyaçı öz seçiminə uyğun olaraq hüququ olan istədiyi digər pensiya növünə istisna olmadan keçə biləcək.

Bu zaman pensiyaçının ərizəsinə ən geci 10 iş günü müddətində baxılmaqla onun digər pensiya növünə keçirilməsi və həmin pensiyanın hesablanaraq təyin edilməsi təmin olunacaq.

Mənbə: apa.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun