» » » Amerikalı senator hesab edir ki, pensiya fondları bitkoinlərə keçə bilərlər

Amerikalı senator hesab edir ki, pensiya fondları bitkoinlərə keçə bilərlər

posted in: Xəbər | 0
birbank biznes

kriptovalyutaPensiya fondları bitkoinlər və digər rəqəmsal aktivlərdən istifadə etməyə başlaya bilərlər. Bu, əmanətlərin inflyasiyadan qorunması üçün lazımdır, ABŞ-ın Vayominq ştatından olan senator Sintiya Lammis bəyan edib.

Onun sözlərinə görə, kriptovalyuta pensiya fondlarında saxlanılan vəsaitləri diversifikasiya etməyə kömək edə bilər. O, aktivlərin müxtəlif  zənbillər üzrə bölüşdürülə biləcəyini də əlavə edib. Yoxsa, Birləşmiş Ştatlarda dövlət xərcləri nəticəsində yaranan inflyasiya həmin vəsaitləri “yeyə” bilər, RBK saytı belə yazıb.

Sintiya Lammis Konqresin ABŞ iqtisadiyyatını dəstəkləmək üçün trilyonlarla dollar ayırdığını vurğulayıb. Bu pullar hər tərəfdən dünya iqtisadiyyatını bürüyüb, nəticədə inflyasiya riskləri yüksəlir.

Lammis bundan əvvəl də bitkoinləri onların qiymətinin aşağı düşdüyü zaman alınması perspektivlərindən bəhs edib. Onun özü belə bir alışı həyata keçirib və qeyd edib ki, bundan sonra da kriptovalyutaya investisiya yatırmaqda davam edəcək.

“İnvest-Forsayt” bundan əvvəl xəbər vermişdi ki, məşhur amerikalı investor, ARK Investment Management şirkətinin rəhbəri Keti Vud hesab edir ki, bitkoin 500 min dollar həddinə kimi sıçrayış edə bilər. Özü də bu bəyanat bitkoinin məzənnəsinin 30 min dollar olduğu zamanda səsləndirimişdi.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun