» » » PAŞA Bankdan yeni il öncəsi hədiyyələr və endirim kampaniyası!

PAŞA Bankdan yeni il öncəsi hədiyyələr və endirim kampaniyası!

posted in: Bank, PAŞA Bank, Xəbər | 0
birbank biznes

endirim kampaniyası PAŞA BankAzərbaycanın aparıcı korporativ bankı PAŞA Bank, kiçik və orta biznes sahiblərini 21-30 dekabr 2020-ci il tarixlərində davam edəcək yeni il kampaniyası çərçivəsində endirim imkanları və hədiyyələrdən yararlanmağa dəvət edir.

“Möcüzələr mümkündür” adlı kampaniya sahibkarlara dəstək, eləcə də bizneslərinin inkişafında bütün sərhəd və maneələri ötən ildə qoyub, yeni ilə yeni ümid və imkanlarla başlamaları üçün nəzərdə tutulub.

Belə ki, hüquqi şəxs və fərdi sahibkarlar 21-30 dekabr tarixlərində Onlayn biznes kreditini illik 16.5% faiz dərəcəsi ilə əldə edə bilərlər. Bu kreditdən yararlanan hüquqi şəxslər azaldılmış faiz dərəcəsindən əlavə bir illik PAŞA Bank Miles&Smiles Visa Biznes Platinum kartını, fərdi sahibkarlar isə Umico balansına 100 AZN bonus qazanacaqlar.
Bundan əlavə, kampaniya çərçivəsində hesabın açılması və ölkədaxili ilk ödəniş pulsuz, mühasibat və vergi hesabatı xidmət paketinə əvvəlcədən abunəliyə 10%, Link ilə ödəniş xidmətinə 20% endirim təklif olunur. Həmçinin, PAŞA Bank müştəriləri ekvayrinq xidməti üzrə “Dəstək” tarif paketində 10%, “Yüksəl”  və “Parla” tarif paketində isə 5%, endirimdən yararlanmaq şansı əldə edirlər.

Ətraflı məlumat və kredit müraciəti üçün keçid: Landing page

Əlavə məlumat üçün Bankın Biznes Mərkəzlərinə və ya *8123 / (+99412) 4965004 (korporativ müştərilər üçün) , *9123 / (+99412) 4965000 (fərdi müştərilər üçün) Əlaqə Mərkəzinə müraciət edə bilərsiniz.

PAŞA Bank müştərilərlə uzunmüddətli əməkdaşlığı yüksək qiymətləndirir və müştəri məmnunluğunun artırılması üzrə mütəmadi olaraq tədbirlər həyata keçirir. Bu səbəbdən də, Müştərilərimizlə daima əlaqədə olmaq və göstərdiyimiz xidmətlər haqqında onların fikirlərini bilmək bizim üçün olduqca mühümdür. Bunu nəzərə alaraq bizimlə bölüşmək istədiyiniz məqamları customer.care@pashabank.az ünvanına elektron məktub yazmaqla çatdıra bilərsiniz.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun