» » » Orta aylıq nominal əmək haqqı artıb

Orta aylıq nominal əmək haqqı artıb

posted in: Xəbər | 0
birbank biznes

Orta aylıq nominal əmək haqqı artıb

Sentyabrda ölkə üzrə orta aylıq nominal əmək haqqı 723,4 manat təşkil edib. Dövlət Statistika Komitəsindən bildirilib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə reallaşdırılan kompleks sosial islahatlar nəticəsində ölkədə minimum aylıq əmək haqqı məbləğinin 250 manata qaldırılması, dövlət qulluqçularının, dövlət büdcəsindən maliyyələşən bir sıra idarə, müəssisə və təşkilatlarda, dövlət neft şirkətində çalışan işçilərin əmək haqlarının əhəmiyyətli dərəcədə artırılması, bununla əlaqədar özəl sektorda çalışanların da əmək haqlarının yüksəlməsi və bu sahədə şəffaflaşma proseslərinin sürətləndirilməsi nəticəsində sentyabrda ölkə üzrə orta aylıq nominal əmək haqqı 723,4 manata çatıb. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 35,8 faiz, cari ilin avqust ayı ilə müqayisədə isə 21,6 faiz çoxdur.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
orta aylıq nominal əmək haqqı