» » » Yaxın gələcəkdə Azərbaycanda online kassalar tətbiq olunacaq

Yaxın gələcəkdə Azərbaycanda online kassalar tətbiq olunacaq

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Yaxın gələcəkdə Azərbaycanda online rejimdə işləyən kassaların tətbiqinə başlanacaq.

 

Bunu vergilər nazirinin müavini Sahib Ələkbərov Sahibkarlar gününə həsr edilmiş “Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır” adlı konfransda çıxış edərkən bildirib.
Onun sözlərinə görə, artıq test rejimində bu işlərə başlanılıb: “Nazirlər Kabinetinin təsdiq etdiyi qrafikə uyğun olaraq online kassa aparatları təsdiq olunacaq. Bu zaman da sahibkarların üzərinə əlavə yük düşməyəcək. Amma bu sahədə də vərdişlərlə bağlı problemlər var. Uzun müddət formalaşmış vərdişləri dəyişmək çətindir. Lakin bu vərdişlərin dəyişməsini uzun müddət gözləyə bilmərik”.
Mənbə: apa.az

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.