Sual: İnternet vasitəsilə elektron kitab və video-materiallar almaq istəyirəm. Vergi məcəlləsinin 164.1.7-ci maddəsinə əsasən kütləvi informasiya vasitələri məhsullarının alqı-satqısının bütün növləri üzrə dövriyyələr Əlavə Dəyər Vergisindən azaddır. Bilmək istərdim ki, Elektron kitabın və video materiallarının alışı zamanı məndən 18% Əlavə Dəyər Vergisi tutulacaq? Elektron kitab və video materiallar kütləvi informasiya vasitələri məhsulu sayılır? Online Elektron kitab
Cavab: Bildiririk ki, Vergi Məcəlləsinə əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, vergi ödəyicisi kimi qeydiyyata alınmayan şəxslər tərəfindən Əlavə Dəyər Vergisinin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə ödənişlər aparılarkən qeyri-rezidentə ödənilməli olan məbləğə ödənişi həyata keçirən yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən ƏDV hesablanmalı və büdcəyə ödənilməlidir.
Mənbə: taxes.gov.az

