» » » Ölkəmizdə neçə nəfər sahibkar var?

Ölkəmizdə neçə nəfər sahibkar var?

posted in: Xəbər | 0

Fərdi sahibkarlar 2018-ci ilin aprelin 1-i vəziyyətinə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 804 minə yaxınlaşıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə hesabat dövründə hər altı fərdi sahibkardan beşi “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq”, “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, “Digər sahələrdə xidmətlərin göstərilməsi” və “Nəqliyyat və anbar təsərrüfatı” sahələri üzrə qeydiyyatdan keçib.

Sahibkarlıqla məşğul olmaq niyyətində olan fərdi sahibkarların əsas hissəsi Bakıda 29,8%, Aranda 20,7%, Gəncə – Qazaxda 14,0% və Lənkəranda 10,1% iqtisadi rayonlarında qeydiyyata alınıb.

Fərdi sahibkarların 78,5% kişilər, 21,5% isə qadınlar təşkil edib. Qadınlar “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” fəaliyyət növündə mövcud sahibkarların ümumi sayının 27,0%-ni, “Digər sahələrdə xidmətlərin göstərilməsi” fəaliyyət sahəsində 25,6%-ni, “Ticarət, nəqliyyat vasitələrinin təmiri” fəaliyyət sahəsində isə 20,7%-ni təşkil edir.

Biznes hesabi

Sahibkar qadınların Bakıda 31,7%-i, Aranda 17,6%-i, Gəncə-Qazax 17,0%-i, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçib. Fərdi sahibkarların cins tərkibinin regionlar üzrə say bölgüsündən aydın olur ki, Bakıda 22,8%, Gəncə-Qazaxda 26,0% və Lənkəranda 22,5% iqtisadi rayonlarında qadın sahibkarların payı ölkə üzrə orta göstəricidən yuxarıdır.

Mənbə: apa.az
Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az