» » » NKA çekində ödənilmiş məbləğdən artıq məbləğ göstərilməsinə görə maliyyə sanksiyası tətbiq edilir?

NKA çekində ödənilmiş məbləğdən artıq məbləğ göstərilməsinə görə maliyyə sanksiyası tətbiq edilir?

posted in: Xəbər | 0

Sual: Mənim mağazam var. Satış zamanı mən 20,2 manatlıq mal satmışam. Amma səhvən mən çeki 202 manata vurdum. Bu halda mənə 400 manat maliyyə sanksiyası tətbiq olunacaq?

Cavab: Bildiririk ki, əhali ilə nağd pul hesablaşmaları zamanı alıcıya təqdim edilməli olan NKA çekinin verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə görə maliyyə sanksiyası tətdiq edilir. NKA çekində səhvən artıq məbləğin göstərilməsinə görə maliyyə sanksiyasının tətbiqi isə qanunvericilikdə nəzərdə tutulmamışdır. Eyni zamanda bildiririk ki, yaranmış uyğunsuzluq barədə uçotda olduğunuz vergi orqanına sərbəst məzmunlu məktubla (səhv vurulmuş çekin surətini əlavə etməklə) yazılı və ya elektron şəkildə müraciət etməyiniz məqsəduyğundur.

Bax: Vergi Məcəlləsinin 58.7-ci maddəsi.

Mənbə: taxes.gov.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
[email protected]

Leave a Reply

Your email address will not be published.