» » » Nağdsız əməliyyatlara vergi güzəştlərinin tətbiqi mexanizmləri hazırlanıb

Nağdsız əməliyyatlara vergi güzəştlərinin tətbiqi mexanizmləri hazırlanıb

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Vergilər Nazirliyində «Azərbaycan Respublikasının milli iqtisadiyyatının perspektivləri üzrə Strateji Yol Xəritəsi»nin Tədbirlər Planında nəzərdə tutulmuş səmərəli vergi sisteminin təşviqi sahəsində görülmüş işlər müzakirə edilmişdir.

Vergilər və İqtisadiyyat nazirliklərinin, eləcə də Mərkəzi Bankın nümayəndələrinin iştirakı ilə keçirilmiş görüşdə çıxış edən Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru Samirə Musayeva vergilər nazirinin müvafiq əmri ilə yaradılmış işçi qrupun fəaliyyəti ilə bağlı məlumat vermişdir: «Strateji yol xəritələrində müəyyən edilmiş tədbirlərin icrası məqsədilə kiçik və orta sahibkarlıq subyektlərinin üzləşdiyi problemlərlə yaxından tanış olmaq, vergi qanunvericiliyinin və inzibatçılığının təkmilləşdirilməsi istiqamətində sahibkarların rəy və təkliflərini müzakirə etmək üçün görüşlər keçirilmişdir».

Qeyd olunmuşdur ki, indiyədək «Səfirlik və digər əhəmiyyətli dövlət və qeyri-dövlət saytlarında yerləşdiriləcək nümunəvi məlumat forması»nın hazırlanması üçün işlər görülmüşdür. Vergilər Nazirliyinin və ölkəmizin xarici ölkələrdəki səfirlik, daimi nümayəndəlik və konsulluqlarının rəsmi internet səhifələrində Azərbaycan və ingilis dillərində «Azərbaycan Respublikasında xarici investisiyalar üçün əlverişli vergi mühiti» başlığı altında materiallar  yerləşdirilmişdir. Pərakəndə ticarət və ictimai-iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən malların təqdim edilməsi üzrə nağdsız əməliyyatlara vergi güzəştlərinin  tətbiqi mexanizmi və vergi ödəyicilərində keçirilmiş vergi nəzarəti tədbirləri nəticəsində onlara hesablanmış vergi və maliyyə sanksiyalarının ödəmə müddətindən tez ödənilməsinə görə maliyyə sanksiyaları üzrə güzəştlərin tətbiq edilməsi mexanizmi işlənib hazırlanmışdır. Bununla yanaşı, istehsal sahəsi, daşınmaz əmlak və işçi qüvvəsi ilə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu istisna olmaqla, digər regionlarda ixrac yönümlü məhsulların istehsalı fəaliyyəti ilə məşğul olan ixracatçılara vergi güzəştlərinin tətbiqi, müəyyən edilmiş şərtlər daxilində özəlləşdirilən dövlət müəssisələrinin əmlak vergisi üzrə  növbəti üç il ərzində vergi güzəştlərinin tətbiqi ilə əlaqədar mexanizmlər də hazırlanmışdır.

S.Musayeva bildirmişdir ki, ölkənin sosial-iqtisadi siyasəti nəzərə alınmaqla vergi güzəştlərinin və azadolmalarının monitorinqini aparmaq, onların səmərəliliyini müəyyən etmək, vergi qanunvericiliyində müvafiq dəyişikliklərin edilməsi ilə bağlı layihə də hazırlanmışdır. Sabit vergi məbləği haqqında qəbzin əhatə dairəsinin genişləndirilməsi, eləcə də hüquqi şəxslərin məlumat dəyişikliyinin elektron qaydada həyata keçirilməsi,  məlumat dəyişikliyi prosedurunun sadələşdirilməsi kimi məsələlər nəzərdə tutulmuşdur.

Mənbə: vergiler.az

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.