» » » 2018-ci ildə online ticarətin satış həcmi 2 trilyon dollar olacaq

2018-ci ildə online ticarətin satış həcmi 2 trilyon dollar olacaq

posted in: Xəbər | 0
birbank biznes

Elektron ticarət, online alış-verişlə maraqlanan istehlakçıların artan tələbat dalğası və bu dalğada qazanc əldə etmək istəyənlərə, biznes sahəsində çalışanlara inanılmaz imkanlar yaradır. Bütün bunları təsdiq etmək üçün biz bu məqalədə dünyada onlayn-ticarət sahəsinə aid ən qeyri-adi faktları toplamışıq.

Dünya onlayn-ticarətində ən böyük tələbat duyulan mallar – geyim və ayaqqabı, ev elektronikası və kitablardır. Ödəmə üsulları arasında birinci yeri bank kartından istifadə metodu, etibarlı şəkildə birinciliyi qoruyub saxlayır. MDB ölkələrində isə hələ də nağd ödəmə üsulundan istifadə liderlik edir.

Onlayn-tranzaksiyaların 30 %-i mobil cihazlar vasitəsilə həyata keçirilir və rəqəm get-gedə yüksəlir. E- ticarətdə top-kanalların təşviqi belədir: birinci yeri – marketinq axtarış (SEO), ikinci yeri kontestlər və media reklamı tutur, nəhayət üçlüyü prays-aqreqator kanalı qapadır.

Proqnozlara görə 2018-ci ilin sonuna kimi dünyada internet-mağazalar vasitəsilə satışın həcmi 2 trilyon ABŞ dollarına çatacaq. 2017-ci illə müqayisədə artım 6 faiz təşkil edəcək. Çox təsiredici rəqəmdir, deyilmi?

2017-ci ilin yekunlarına görə onlayn ticarət həcminin yarısı (47%) Çinin payına düşür. Pul ekvivalentində bu 900 milyard dollardır. Beləliklə, Çin onlayn alış-veriş sahəsində ABŞ-ı ötərək, birinci yerə yüksəlib. İnternet-ticarət sahəsində həcminə görə ikinci ən böyük regional bazar Şimali Amerika sayılır. Bu il ABŞ-da və bu regionun digər ölkələrində satış həcmi 423 milyard dollar səviyyəsinə yüksəlməlidir ki, bu da 15,6% artım deməkdir.

2020-ci ildə dünyada internet-ticarətin ümumi həcmi indiki həddlə müqayisədə ikiqatına yüksələcək: Proqnozlara görə Asiya-Sakit okean regionu ən nəhəng regional bazara çevriləcək, bəzi dəyərləndirmələrə görə onun dövriyyəsi 2020-ci ildə 2,5-2,7 trilyon dollar təşkil edəcək.

2018-ci il üçün dünyada elektron ticarət sahəsində top-onluq belə görünür: Bazarın tendensiyalarından biri ödəniş variantlarının genişləndirilməsidir. Onlayn mağazaların bir çox sahibləri ənənəvi ödəmə vasitələrindən istifadə edirlər, lakin yenilikçi ödəniş üsullarına tələbat getdikcə artır. Bu tələbə doğru addım – xüsusilə Apple Pay və digər təmassız ödəniş sistemləri – onlayn pərakəndə satışının daha da genişlənməsinə gətirib çıxarır.

Təhlilçilərin fikrincə, gələcəkdə bazarın artımını məhdudlaşdıra biləcək əsas problemlərdən biri təhlükəsizlik və məxfilik problemidir. Kompüter, televizor və digər multi-media cihazlarında nəhəng nişlər (latın sözü “nidus”dan götürülüb – yuva deməkdir və biznes və ya təsərrüfat fəaliyyətində məhdud dairə istehlakçılar nəzərdə tutulur) arasında ən böyüyü orta çek hesab olunur, burada onun həcmi 212 dollar təşkil edir. Bu yuvada ən aşağı məbləğ güllərə və hədiyyələrə görə ödənilir.

Mobil cihaz istifadəçilərinin 64% alış-verişi əlavələr üzərindən etməyə üstünlük verirlər. Təqribən 52% isə hesab edir ki, bu planda brauzerlər daha rahatdır. Mobil ödənişlər sahəsində Apple Pay liderdir. Nəzərə alsaq ki, bu servis 2017-ci ili sentyabrın 9-dan istifadəyə verilib, hər cür tərifə layiqdir.

Eurostatın məlumatına görə, Avropa Birliyində onlayn ticarət seqmentində bütün pərakəndə satışların 15% -dən çoxunu B2C seqmenti təşkil edir. Avropada internet-ticarətinin mərkəzi Böyük Britaniyadır. Burada B2C seqmentində onlayn-ticarətin həcmi qitədə ikinci böyük bazar hesab olunan Almaniyadakından üç dəfə yüksəkdir. Bu bazar meydanında bütün ticarətin 54 faizini həyata keçirən Amazon şirkəti dominantlıq edir.

Dünyada onlayn-alıcıların orta yaş həddi 25 yaş təşkil. Avropada bütün onlayn-ticarətin 81,5 faizi üç ölkənin – Böyük Britaniya, Almaniya və Fransanın payına düşür. Özü də adı çəkilən ölkələrdə bu sahədə stabil yüksəliş hiss olunur.

Twenga Solutions şirkətinin məlumatına əsasən, Avropa pərakəndə satış şirkətlərinin 29% -i mallarını satmaq üçün 2 və ya 3 kanaldan istifadə edir, halbuki satıcıların yarısı alıcıları üç və ya daha çox kanal vasitəsilə cəlb edir. Çoxkanallılıq biznesin səmərəli inkişafından ötrü zəruri tədbirə çevrilir.

Regionlardan olan alıcılara xidmət və logistika hətta ABŞ internet-mağazaları üçün ən zəif nöqtə olaraq qalmaqdadır, inkişaf etməkdə olan ölkələrdən ötrü isə bu Axilles dabanına çevrilib. Lakin, iri oyunçular, məsələn, Alibaba internet-holdinqi regional alıcılara malların çatdırılması ilə bağlı xidmət seqmentini inkişaf etdirmək üçün yüz milyon dollarla vəsait ayırmağı planlaşdırıb.

Elektron ticarətin ən sürətli inkişaf etdiyi bazar Hindistan hesab edilir. Və nəzərə alsaq ki, hazırda bu ölkədə İnternetə giriş cəmi 10 faiz təşkil edir, Hindistanda onlayn-ticarətin həcminin gələcək illərdə necə vüsət alacağı indidən bəlli olur.

Alıcıların böyük əksəriyyəti sifarişlərin 2-3 gün ərzində çatdırılmasını istəyir və yalnız dörd nəfərdən biri 6 gün gözləməyə hazırdır.

ABŞ-ın kənd sakinlərinin təxminən 73 faizi buna qədər gündəlik alış-verişdən ötrü 15 km yol qət edirdilərsə, indi onlayn sifarişlərə üstünlük verirlər. Bütün bunlara baxmayaraq, oflayn-mağazalar da öz aktuallıqlarını qoruyub saxlayırlar, bu mağazalar son dəqiqə ərzində lazımi istehlak mallarını əldə etməkdə dada çatır.

Nəticələr

Heç bir şübhə yoxdur ki, elektron ticarəti genişlənməkdə davam edəcək, axı, hətta Qərb ölkələrində belə bu sahə dinamik inkişaf göstərir, biz hələ Şərqi Avropa və inkişafda olan Asiya ölkələrindən danışmırıq. İnternet-mağazaları gələcəkdə daha böyük potensial gözləyir. Əgər siz də belə bir biznes haqda düşünürsünüzsə, bu məqalədə göstərilən rəqəmlər sizi sözün əsl mənasında buna həvəsləndirə bilər.

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.