» » » Beynəlxalq yarış və müsabiqələrdə mükafatlardan vergilər tutulurmu?

Beynəlxalq yarış və müsabiqələrdə mükafatlardan vergilər tutulurmu?

posted in: Xəbər | 0
birbank biznes

maliyyə lizinqiVergi Məcəlləsinə əsasən, beynəlxalq yarışlarda və müsabiqələrdə pul şəklində alınan mükafatların dəyərinin 4000 manatadək, respublika, şəhər və rayon yarışlarında və müsabiqələrində isə 200 manatadək olan hissəsi gəlir vergisindən azaddır.

Dövlət Vergi Xidmətindən bildirilib ki, eyni zamanda, yarışlardan və müsabiqələrdən pul şəklində əldə edilən uduşlardan (mükafatlardan) iştirakla bağlı ödənilən pul vəsaiti çıxılmaqla qalan məbləğdən (Azərbaycan Respublikasının hüdudlarından kənarda təşkil edilən mərc oyunlarından, yarışlardan və müsabiqələrdən əldə edilən nağd pul vəsaiti istisna olmaqla) 10 faiz dərəcə ilə vergi tutulur.

Qeyd olunanlara əsasən, keçirilən müsabiqədən pul şəklində əldə edilən uduşlardan (mükafatlardan) gəlir vergisindən azad olunan hissə çıxılmaqla qalan məbləğdən 10 faiz dərəcə ilə vergi tutulur.

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun