Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən təsdiq olunmuş “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”na əsasən mühasib vəzifəsi mütəxəssis kateqoriyasına aid hesab edilir və Əmək Məcəlləsinin 114.3-cü maddəsinə əsasən mütəxəssislərə ödənişli əsas məzuniyyət 30 təqvim günü müddətində verilir.
Xəzinədar (böyük xəzinədar da daxil olmaqla) isə texniki icraçılara aid edilir ki, bu vəzifələr 114.3-cü maddədə qeyd edilən 30 təqvim günü məzuniyyət hüququ olan işçilərin siyahısın aid deyil və onlar üçün 21 gündən az olmayaraq məzuniyyət müəyyən edilir.
Müəllif: K. Rəhimov