» » » Mühasiblərə artıq ehtiyac olmayacaq?!

Mühasiblərə artıq ehtiyac olmayacaq?!

posted in: muhasibat, Xəbər | 0
birbank biznes
MühasibMühasiblərə artıq ehtiyac olmayacaq?!

Rusiya maliyyə nazirinin birinci müavini Tatyana Nesterenko mühasib peşəsinin Rusiya əmək bazarından tədricən yoxa çıxacağını proqnozlaşdırır. Məmurun fikrincə, kağız sənədlərin əvəzinə elektron sənədlər gəldikdə, mühasibə olan tələbat da yoxa çıxacaq.

Nazir müavini hesab edir ki, Rusiya bazarını böyük dəyişikliklər gözləyir. “Xəbərdarlıq etmək istərdim ki, hal-hazırki vəziyyətdə olan mühasib peşəsi bazarda sıradan çıxmaqda davam edəcək”, – Nesterenko Moskva maliyyə forumunda belə bəyan edib.

Nazirliyin nümayəndəsi dövlət sektorunda mühasiblərin saxlanılmasından ötrü ildə bir trilyon rubl vəsait lazım gəldiyini söyləyib. Onun sözlərinə görə, kağız və maliyyə təminatına məsul olan dövlət qulluqçularının sayı indi 1,1 milyon nəfərdən çoxdur.

Nesterenko əməkdaşların ümumi ştatını ixtisar etməyi təklif edib. “Bir milyon nəfər insandan 600 min nəfərini saxlamaq olar”, – məmur xanım belə söyləyib. Nazir müavini eyni zamanda kağız sənədlərdən tamamilə imtina etməyi, elektron sənədlərlə iş zamanı isə sənədləri əl ilə daxil etməyi minimuma endirməyi, ümumiyyətlə, həmin sənədləri klaviaturanın köməyi ilə daxil etməyi qadağan etmək lazım gəldiyini bildirib.

Bununla yanaşı, mühasib peşəsi sağlamlıq üçün ən təhlükəli peşələrdən biri hesab olunur. Həkimlərin rəyinə görə, cansıxıcı ofisdə oturaq iş maliyyə sahəsindən olan zəhmət adamları üçün bel ağrılarına və piylənməyə gətirib çıxarır.  Bundan əlavə, mühasibatlıq əməkdaşları digər həmkarları ilə müqayisədə görmə qabiliyyətlərinin pisləşməsindən – əsasən də “quru göz sindromu” adlandırılan xəstəlikdən daha tez-tez şikayətlənirlər.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.