» » » Mühasiblər üçün ödənişsiz seminar!

Mühasiblər üçün ödənişsiz seminar!

posted in: muhasibat, Məqalə, Xəbər | 0
birbank biznes

ELAN 
MMF Seminar

24 dekabr 2017-ci il tarixində saat 10:00-da Milli Mühasiblər Forumunun bir qrup spikerləri olan tanınmış mühasib və audit sahəsinin mütəxəssisləri Mehdi Babayev, Radil Fətullayev, Kəmaləddin Quliyev və Emin Səttarov Forum qabağı seminar keçirəcəklər.

Seminarın əsas mövzuları aşağıdakılardlr:
– Sadələşdirilmiş vergi bəyannaməsinin və mənfəət vergisi bəyannaməsinin 1 nömrəli Əlavəsinin və “verginin hesablanması” bölməsinin mühasibat uçotu məlumatları əsasında düzgün doldurulması qaydası.
– Elektron qaimə fakturaların tətbiqi ilə əlaqədar yeniliklər, elektron qaimə fakturaların praktiki tərtibatı, təqdim edilməsi, elektron imzalama və digər tətbiqlərin müsbət tərəfləri və yarana biləcək cətinliklərin aradan qaldırılması yolları.
– Vergi orqanı tərəfindən göndərilən uyğunsuzluq məktublarının (kameralların) kompleks cavablandırılması yolları.
– Kredit almaq məqsədilə müəssisənin maliyyə təhlilinin aparılması.
– Digər daha maraqlı və mühasibatlığa dair praktik aktulal məsələlər barədə peşəkar izahların verilməsi.
– İştirakçılar tərəfindən verilən sualların cavablandırılması.

Tədbirin Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK-nın) Akt zalında baş tutması planlaşdırılır.
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küç, 57, 3-cü mərtəbə (Azərneftkimyamaşın binası, Kral şadlıq sarayı ilə üzbəüz).

Qeydiyyat üçün office.iroib@gmail.com e-poçt ünvanına soyad, ad, ata adı, iş yeri, vəzifə, e-mail və telefon nömrənizi göndərməyiniz xahiş olunur.

Əlavə məlumat üçün əlaqə telefonu:
(012) 480 28 45
(070) 511 77 31
(055) 333 76 90
Əlaqələndirici şəxs: Nəzir Xalid

Mənbə: mmf.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.