» » » Mühasiblər üçün Ödənişli təcrübə proqramı

Mühasiblər üçün Ödənişli təcrübə proqramı

posted in: İş elanı, muhasibat, Xəbər | 0
birbank biznes

“Mazarina” MMC öz karyerasını Mühasibat sahəsində qurmaq istəyən gənclər üçün təcrübə proqramını açıq elan edir.

Təcrübə proqramı ödənişlidir. İlk 3 ay 250 AZN. (Özünü daha yaxşı göstərən namizədlərin işlə təmin olunma şansları var)

Namizədə tələblər:
– Ali təhsilli olmalı; (təhsilinin maliyyə, mühasibat sahəsində olması üstünlükdür)
– Mühasibat sahəsində nəzəri biliklər;
– MS Office proqramlarında (xüsusən excel) sərbəst işləmək bacarığı;
– Gərgin iş tempində işləmək bacarığı, əzmkarlıq, problem həll etmə qabiliyyəti;
– İş qrafiki 09:00 – 18:00, 1-5 gün.
Tələblərimizə cavab verən şəxslər CV`lərini saleh.hasanov@mazarina.az ünvanına mövzu hissəsində “Mühasibat (təcrübəçi)” yazıb göndərə bilərlər.
* Mazarina MMC – 2001-ci ildən etibarən uğurla fəaliyyət göstərir və “Colgate-Palmolive”, “Canbebe”, “SC Johnson”, “Henkel”,“Heinz” uşaq qidaları, “Helen Harper”, “Bella”, “Loreal”, “Garnier” və digər brendlərin məhsulları, Gəncə Şərab-2 zavodu şərablarının Azərbaycanda rəsmi distribyuteridir.
Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az