» » » Kiçik və Orta Sahibkarlıq subyektlərində çalışan mühasiblər üçün Ödənişsiz təlim

Kiçik və Orta Sahibkarlıq subyektlərində çalışan mühasiblər üçün Ödənişsiz təlim

posted in: muhasibat, Xəbər | 0

Ödənişsiz təlimKiçik və Orta Sahibkarlıq subyektlərində çalışan mühasiblər üçün ödənişsiz təlimin növbəti mərhələsinə qeydiyyat başlayır!

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nin 4.2.5-ci “Mühasibat Uçotunun Beynəlxalq Standartlarının KOS subyektləri tərəfindən tətbiqinin stimullaşdırılması” tədbiri üzrə əsas icraçı qurum olan Azərbaycan Respublikasının Maliyyə Nazirliyi “KOS subyektlərində mühasibat uçotunun aparılması” mövzusunda təlimlərə başlayır.

Təlimlər ödənişsiz olaraq, hər qrup üzrə 8-10 həftə ərzində keçiriləcək.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Qeydiyyat üçün tələb olunan sənədlər:

Biznes hesabi
  1. Şəxsiyyət vəsiqəsi (surəti və ya skan olunmuş);
  2. Namizəd haqqında məlumat (CV);
  3. İş yeri haqqında arayış (yazılı, skan olunmuş və ya elektron hökumət portalından arayış).

Tələb olunan sənədləri 01.08.2018-ci il tarixinə qədər tedrismaliyye@gmail.com ünvanına göndərə və ya Maliyyə Elm-Tədris Mərkəzinə (Bakı şəhəri, Heydər Əliyev prospekti 10) təqdim edə bilərsiniz.

Əlavə məlumat üçün telefon: 012 4048159; 012 5668477.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.