Mühasib ezamiyyətdən qayıdan əməkdaşın hesabatını yoxlayır. – Bu astronomik rəqəm nədir? – Otelə ödənilən məbləğdir. – Sizə oteli almaq səlahiyyətini kim verib?
Muzdla işçi axtaran agentliyə bir kişi gəlir. – Mənə iş lazımdır. – İxtisasınız nədir? – Mən mühasibəm. Ona təkliflər edilir: – Baş mühasib yeri var, tələblər bunlardır: – ali təhsil, ingilis dilini bilməlisiniz, dövlət qulluğunda daha bir yer də var, ora üçün tələblər isə belədir: – Ali təhsil, 2-3 il əmək stajı və s. Kişi deyir: – Ümumiyyətlə, mən axmağam, mühasiblik də pis sənətdir. Ona belə cavab verirlər: – Bunu başdan deyərdiniz də, sizin kimilər üçün yalnız Dövlət Dumasının vergilər üzrə komitəsində və Maliyyə Nazirliyinin mühasibat uçotu üzrə metodologiya departamentdə yer qalıb.
Sahibkarın oğlu atasından soruşur: Ata, bizdə fantastikaya və ya mistikaya aid oxumaq üçün nəsə var? – Var, oğlum, bizim mühasibin hesabatı.
Qorki küçəsində öz pasportunu itirmiş hörmətli Oksana İvanovna. Sizi Baş Direktor və Baş Mühasib vəzifəsinə təyin olunmağınız və daha 43 şirkətdə imzanızın tanınması hüququ münasibətilə səmimi qəlbdən təbrik edirik!!!
Elan: – Təşkilat mühasib axtarır. Mükafat da veriləcək!!!
Elan: – Moskvalı qız öz ixtisası üzrə və ya mühasib işi axtarır.
Mühasib işə düzəlir və bu zaman anket doldurur. Orda belə bir sualla qarşılaşır: – Nə vaxtsa istintaq altında olmusunuzmu? Cavab yazır: – Yox. Növbəti sual gəlir: – Niyə? O, cavab yazır: – Çünki heç vaxt ilişməmişəm!
Leave a Reply