» » » Mühasibat uçotunun qurulması xidməti

Mühasibat uçotunun qurulması xidməti

posted in: muhasibat | 0
birbank biznes

Mühasibat uçotunun qurulması prosesini “Accounting.Az” MMC-yə həvalə edin 

Bu prosesdə bizim mütəxəssislər sizin şirkətin:

  • biznes əməliyyatlarının tərkibini, onların strukturunu öyrənir;
  • daha sonra, lazımi sənəd dövriyyəsini müəyyən edir;
  • sonda, ilkin uçot sənədlərinin mühasibat uçotunda əks etdirilmə qaydalarını hazırlayır.

Mühasibat uçotunun qurulması zəruridir?

Bəli, zəruridir. Düzdür, bəzən elə görünür ki, biznes əməliyyatları sadədir, hər şey aydındır.  Amma, şirkətə yoxlama gəlir və …

Yoxlama nəyi aşkar edə bilər?

Müəssisədə mühasibat uçotunun təşkilində olan problemləri, məsələn:

1. Bəzi sənədlər:

  • aktivlərin şirkət daxili yerdəyişməsi və silinməsi;
  • təmirlə əlaqədar uçot qeydləri;
  • ehtiyat hissələrin yenilənməsi;
  • və sair bu kimi sənədlər ümumiyyətlə tərtib edilmir.

2. Bəzi sənədlər düzgün tərtib edilməyib, məsələn, yük daşıma sənədləri (malların adı səhv yazılır və ya rekvizitlər qeyd edilmir), etibarnamələr çox vaxt səhv doldurulur;

3. Səhvlərin səbəblərini aşkar etdikdə məlum olur ki, işçilər sadəcə, onların necə doldurulmalı olduğunu bilmirlər;

4. və sairlər.

Bütün bunlar mühasibat uçotunun təşkilini vacib saymayan müəssisələrdə yaranan ən ümumi məqamlardır.

Mühasibat uçotunun qurulması prosesinin düzgün aparılması şirkəti sənədlərin düzgün tərtib edilməməsi ilə bağlı bir çox risklərdən qoruyur.

Daha yaxından tanışlıq üçün +99412 310 09 29 yaxud +99412 598 37 98 nömrələrinə zəng edin, görüş təyin edək, qarşılıqlı faydalı əməkdaşlıq üçün ilk addımları ataq.

Bəs düzgün mühasibat uçotunu necə qurmalı?

Təbii ki, peşəkarlara müraciət etməklə. Amma peşəkar, öz işini bilən mühasibat uçotu mütəxəssisi tapmaq həmişə mümkün olmur. Yaxud belə peşəkar mühasiblər tapılır, amma onlara yüksək məbləğdə əməkhaqqı ödəmək şirkətin, xüsusilə də orta və kiçik sahibkarlıq subyektlərinin “cibinə görə” olmur, həm də, bəzən iqtisadi cəhətdən də səmərəli deyil – əməkhaqqıdan başqa sosial xərclər, ofis xərcləri, işçinin səriştəsinin müntəzəm artımı ilə bağlı xərclər (kurslar, təlimlər və sair). Eyni zamanda işə qəbul ediləcək işçinin peşəkarlığına zəmanət varmı? O, komandaya necə uyğunlaşacaq? Bu kimi digər suallar, problemlər.

Bəs nə etməli?

İxtisaslı kənar  mütəxəssislərə müraciət edin. Belə mühasib və auditorlar autsorsinq əsasında fəaliyyət göstərən konsaltinq şirkətlərində çalışır.  Mühasibat uçotunun qurulması xidmətinin autsorsinqi zamanı ixtisaslaşmış konsaltinq şirkəti:

  • mühasibat uçotunun təşkili;
  • mövcud ilkin uçotun sənədlərinin analizi;
  • sənədlərin düzgün tərtibi üzrə digər funksiyaları öhdəsinə götürür.

“Accounting Az” konsaltinq şirkəti mühasibat, vergi, kadr uçotu, audit  xidmətləri təklif edir. Mühasibat uçotunun qurulmasını “Accounting Az”-a etibar edin!

Niyə “Accounting Az”?

Çünki:

  • “Accounting Az” peşəkarlar mühasib, auditor və maliyyəçilərdən ibarət vahid komandadır;
  • “Accounting Az”-ın mühasibat uçotu xidmətləri bazarında 10-ildən çox iş təcrübəsi var;
  • “Accounting Az”-da  mütəxəssislər bilməklə kifayətlənmir, qanunvericilikdəki dəyişiklikləri daima izləyir;
  • “Accounting Az” üçün müştərilərin maraqları, məxfilik, məsuliyyət əsas prioritetlərdir.

Bunlar sadəcə söz deyil, müştəri rəyləri də bunu təsdiq edir. Beynəlxalq əməkdaşımız da bizi tövsiyə edir.

Accounting Az konsaltinq şirkəti dünya reytinq cədvəlində ilk 3-lükdə olan beynəlxalq “PrimeGlobal” Məsləhətçi və Mühasibat Firmaları Assosiasiyasına üzv olan ilk və yeganə Azərbaycan şirkətidir. Buraya keçid alın və əmin olun.

Bizim xidmət paketinə nələr daxildir?

Mühasibat uçotu xidmətləri üzrə geniş çeşidə malik “AccountingAz”ın mühasibat uçotunun qurulması xidmətləri  paketinə aşağıdakılar daxildir.

  • fəaliyyətinin təhlili, uçotun analizi və qiymətləndirilməsi;
  • təşkilati strukturun, sənəd dövriyyəsinin öyrənilməsi;
  • kompüterlər, mühasibat uçotu proqramlarının analizi;
  • düzgün uçot siyasəti, sənəd dövriyyəsi sisteminin tərtibi;
  • şirkətdə kadr sənədlərinin hazırlanması (vəzifə təlimatları, əmək müqavilələri, əmrlər);
  • maliyyə uçotu, vergi uçotu sisteminin mühasibat uçotunun beynəlxalq standartlarına uyğun təşkili;
  • mühasibat proseslərinin avtomatlaşdırılması məsələləri (1C Mühasibatlıq və digərləri);
  • şirkətin mühasiblərinin səriştə analizi, qiymətləndirilməsi, təlimatlandırma;

Biz mühasibat uçotu xidmətlərimizə zəmanət verir, hər bir müştəriyə fərdi yanaşırıq. Qiymətlərimiz sərfəlidir.

Qiymət necə hesablanır?

Qiymətin hesablanması sadədir. Mühasibat uçotunun qurulması xidməti üzrə qiymətə:

  • sənəd dövriyyəsi;
  • tətbiq olunan vergitutma forması;
  • sair amillər təsir edir.

Qiyməti ilkin məbləğini müəyyən etmək üçün problemi, müvafiq məlumatları info@accounting.az mail ünvanımıza da yaza bilərsiniz. Xidmətin baza qiymətini hesablayıb sizə yazarıq, yekun qiyməti birlikdə müzakirə edərik.

Uçotun qurulması xidmətini necə sifariş etmək olar?

Mühasibat uçotunun təşkili bizim komanda ilə rahat, əməkdaşlıq isə asandır. Sadəcə WhatsApp-a  (+99450 225 82 05) yazın, “Geriyə zəng” xidmətindən istifadə edin.

  • biz sizə zəng edirik;
  • əməkdaşlığın çərçivəsini müəyyənləşdiririk;
  • müqavilə üzrə görüləcək işlərin planını tərtib edirik;
  • və hər kəs öz işi ilə məşğul olur – siz bizneslə, biz sizin mühasibatlıqla.

Mühasibat uçotunun qurulması  üçün lazımi sənədləri toplamaqda probleminiz var? Biz kömək edərik.

“Accounting.Az” konsaltinq şirkətinin mühasibat konsultasiyası xidmətinə müraciət edin. Bizim mühasiblər həmişə sizin biznesin yanındadır!