» » » Əməkhaqqı fondundan tutulmalar – 2020-ci ildən sonra nələr dəyişdi?

Əməkhaqqı fondundan tutulmalar – 2020-ci ildən sonra nələr dəyişdi?

posted in: Xəbər | 0
birbank biznes

Əməkhaqqı fondundan tutulmalarƏməkhaqqı fondundan tutulmalar (2020-ci ildən sonra nələr dəyişdi?)

Məlum olduğu kimi ölkədə həyata keçirilən genişmiqyaslı sosial və vergi islahatları, əməkhaqqı sisteminin şəffaflığı ilə bağlı tədbirlər və yeni düzəlişlərə uyğun olaraq 2020-ci ildən başlayaraq əməkhaqqı fondu üzrə işəgötürənin öhdəliklərində bir sıra dəyişikliklər müşahidə edildi. Həmin dəyişiklikləri illər üzrə aşağıdakı kimi qeyd etmək olar:

2020-ci il

Tutulmaların siyahısı

  • məcburi dövlət sosial sığorta haqqı

Özəl sektorda 200 AZN-dək 22% tutulur. Həmin məbləğdən yuxarı hissədə isə yuxarı məbləğin 15%-i tutulur. Dövlət sektorunda isə bütün məbləğin 22%-i tutulur.

  • işsizlikdən sığorta haqqı

Məbləğin 0.5%-i tutulur.

  • icbari tibbi sığorta haqqı (aprel ayından tətbiq edilir)

Dövlət sektoru üzrə 8000 manatadək əməkhaqqının 2%-i, özəl sektor üzrə 1%, 8000 manatdan yuxarı məbləğ üzrə yuxarı hissənin 0.5%-i tutulur.
Beləliklə, 500 AZN gross əməkhaqqı alan işçiyə görə işəgötürən aprel ayınadək dövlət sektorunda 110+2.5=112.5 AZN, aprel ayından sonra əlavə 10 AZN olmaqla 122.5 AZN, özəl sektorda isə aprel ayınadək (44+45)+2.5=91.5 AZN, aprel ayından sonra əlavə 5 AZN olmaqla 96.5 AZN ödəyib.

2021-ci il

Tutulmaların siyahısı dəyişməyib. İcbari tibbi sığorta haqqı üzrə 2020-ci ildə özəl sektora tətbiq edilən güzəşt davam edib və 1% tutulma qalıb.

2022 və 2023-cü illər

Bu illər üzrə isə tutulmaların siyahısı dəyişməsə də, icbari tibbi sığorta haqqı üzrə özəl sektora tətbiq edilən 1%-lik güzəşt başa çatıb. Beləliklə, bu illər üzrə işəgötürənlər 500 AZN gross əməkhaqqı alan işçiyə görə dövlət sektorunda 110+2.5+10=122.5 AZN, özəl sektorda isə (44+45)+2.5+10=101.5 AZN ödəyib.

Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov