» » » Mühasibat kargüzarlığı kurslarının yeni qrupuna start veririk

Mühasibat kargüzarlığı kurslarının yeni qrupuna start veririk

posted in: muhasibat, Xəbər | 0

Əksər hallarda mühasib köməkçisi, kiçik mühasib və hətta mühasib vakasiyalarında əsasən bu tələblərə rast gəlirik: (Mühasibat kargüzarlığı kursları, muhasibat, kurs)

  • E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi;
  • Hesab fakturaların hazırlanması;
  • Təhvil-təslim aktlarının hazırlanması;
  • Əmək Müqavilələrinin bağlanılması və Portalda qeydiyyatı;
  • E-gov.az, e-taxes.gov.az, digər portallardan istifadə etmək;
  • Ödəniş tapşırıqları və ya internet banking vasitəsilə ödənişlərin həyata keçirilməsi;
  • ƏDV depozit ödənişləri;
  • Statistik hesabatların göndərilməsi;
  • BTP-dən istifadə;
  • Vahid rüblük hesabatların göndərilməsi;
  • Vergi hesabatlarının hazırlanması;
  • Əmək haqqı hesablanması;
  • Kassa əməliyyatları və s.

Əslində bu texniki işləri öyrənmək bir o qədər də çətin deyil. Bütün bunları nəzərə alaraq sırf mühasibatın gündəlik texniki işlərini praktiki tərəfdən öyrədəcək 1.5 aylıq (24 saat) Mühasibat kargüzarlığı kurslarının yeni qrupuna başlayırıq.

Kurs həftədə 2 dəfə hər biri 2 saat olmaqla 1.5 ay davam edəcək. Kursun 1 aylıq qiyməti 133 manat olmaqla, tam qiyməti 200 manat olacaq. Bir çox köməkçi fayl və cədvəllər iştirakçılara təqdim ediləcək. Kursu bitirdikən sonra çalışan şəxslər iş zamanı yaranmış  problemlərlə bağlı 3 ay ərzində müəllimdən konsultasiya ala biləcəklər.

Kursun başlanma vaxtı: 5 dekabr.

Kursun keçirilmə günü:

Bazar ertəsi və cümə axşamı, saat 19:00-dan 21:00-a qədər.

Əlavə suallarınıza cavabı linkdən qeydiyyatdan keçdikdən sonra sizinlə əlaqə saxlayan şəxsdən tam öyrənə bilərsiniz. Uğurlar!!!

Qeydiyyat üçün link: https://form.cubics.pro/form

Proqram aşağıdakı kimidir:

Mühasibat kargüzarlığı

Dərs 1:

İlkin Sənədlərlə tanışlıq, şirkət qeydiyyatı, hüquqi sənədlərin hazırlanması və alınması

  • Asan İmza nədir? Üstünlükləri, haradan, necə əldə etməli? İstifadə qaydaları
  • Elektron İmza nədir? Üstünlükləri, haradan, necə əldə etməli? İstifadə qaydaları
  • Şirkətə veriləcək adın mövcud olub-olmadığını necə öyrənməli?
  • Asan İmza ilə şirkət yaratmaq (Hüquqi şəxsin elektron qeydiyyatı)
  • Fiziki şəxsin elektron qeydiyyatı
  • Şəxsiyyət vəsiqəsi ilə qeydiyyat
  • Xarici şirkətin Azərbaycan Respublikasında filialının (nümayəndəliyini) açılması
  • Sürətli qeydiyyat ərizəsi nədir? (Doldurulması qaydası)
  • Adi qeydiyyat ərizəsi nədir? (Doldurulması qaydası)
  • Elektron imza olmadan adi qeydiyyat ərizəsi nədir? (Doldurulması qaydası)
  • Şirkət yaratdıqdan sonrakı vacib işlər nələrdir?
  • Təsisçi qərarı və digər hüquqi sənədlər
  • E-taxes.gov.az saytında giriş üçün login-parol-şifrə necə alınmalı?
  • Onlayn statistika hesabatı vermək üçün login-şifrə necə alınmalı?
  • Etibarnamə necə hazırlanmalı?

Dərs 2:

Hesablaşmalar-Bank əməliyyatları

  • Bank hesablarının açılması / Tələb olunan sənədlər
  • Şəhadətnamə dublikatın göndərilməsi qaydası
  • Mövcud bank hesablarından istifadə qaydaları / Bank əməliyyatları
  • Ödəniş tapşırıqlarının hazırlanması
  • Ödəniş tapşırıqlarının avtomatlaşdırılması
  • Büdcə ödənişləri / Büdcə rekvizitləri, təsnifat kodları və səviyyə kodları
  • İnternet bankinqdən istifadə
  • Konvertasiya
  • Valyuta əməliyyatları
  • Xarici və yerli şirkətlərə ödənişlər
  • Kassa çeki / Pul vəsaitinin nağdlaşdırılması

Dərs 3:

Hesablaşmalar-Kassa əməliyyatları

  • Kassa əməliyyatları / Məxadil və məxariclər
  • Təhtəlhesab şəxs
  • Kmo-lar, məxaric qəbzləri nədir? / Doldurulma qaydası
  • Xəzinə kitabı və onun yazılması

Dərs 4:

Hesablaşmalar – Alış və satışlar, ilkin sənədlərin hazırlanması, E-qaimə.

  • Müqavilələrin hazırlanması
  • Hesab fakturaların hazırlanması
  • E-Qaimələrin hazırlanıb göndərilməsi
  • Hesab fakturaların avtomatlaşdırılması
  • Təhvil-Təslim aktları və avtomatlaşdırılması
  • YGB / Mal kodunun alınması
  • YGB / İdxal və İxrac sənədlərinin hökümət portalından yüklənməsi

Dərs 5:

Kadr işlərinin görülməsi, qeydiyyatı, müavinətlərin hesablanması.

  • İşçilərin işə qəbulu / Direktorun əmri
  • İşçilərin qeydiyyatı, dəyişiklik və xitam
  • Müqavilələrin hazırlanması
  • SNN kartların sifarişi
  • Əmək kitabçalarının doldurulması qaydası
  • Hamiləliyə və doğuma görə müavinətin hesablanması qaydası
  • Uşağın anadan olmasına görə birdəfəlik müavinətin hesablanması qaydası
  • Uşağa qulluğa görə müavinətin hesablanması qaydası
  • Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanması qaydası
  • Əmək haqqı hesablanma qaydaları
  • Müavinətlər və onların hesablanması
  • Məzuniyyət və onların hesablanmaslı
  • Təhtəl hesabşəxslər-Ezamiyyətin hesablanması

Dərs 6:

Hesablaşmalar-ƏDV depozit və E-VHF

  • 166-cı maddənin izahı
  • Əlavə dəyər vergisi cədvəlinin qurulması
  • ƏDV depozit hesabı
  • ƏDV Depozit hesabından istifadə qaydaları, Digər vergi ödəyicilərinə və Gömrük ödəmələri
  • E-VHF təsdiqlənməsi
  • ƏDV Bəyannaməsi

Dərs 7:

Bəyannamələrin hazırlanması-Vergi

  • ƏDV Bəyannaməsi

Dərs 8:

Bəyannamələrin hazırlanması-Vergi

  • Vergi bəyannamələri barədə anlayışlar
  • Sadələşdirilmiş vergi bəyannaməsi
  • Muzdlu işlə əlaqədar Ödəmə mənbəyindən vergi bəyannaməsi (MÖVM)
  • Ödəmə mənbəyindən vergi bəyannaməsi (ÖMV)
  • Əmlak vergisi bəyannamsi
  • Torpaq vergisi bəyannaməsi

Dərs 9:

Bəyannamələrin hazırlanması-Vergi

  • Mənfəət bəyannaməsi
  • Mənfəət vergisinin bəyannaməsi (Əlavə 1)

Dərs 10:

Bəyannamələrin hazırlanması-DSMF

  • MDSS Hesabatları
  • İşsizlikdən sigorta hesabatı
  • SUN nömrənin öyrənilməsi
  • DSMF ödənişləri / rekvizitlər / təsnifat kodları

Dərs 11:

Bəyannamələrin hazırlanması-Statistika və Məşgulluq hesabatı

  • Statistik kodun alınması proseduru, onlayn qeydiyyatı
  • Statistika hesabatlarının verilməsi (Əmək)
  • Statistika hesabatlarının verilməsi (Xidmət)
  • Məşgulluq hesabatlarının verilməsi (Fiziki və onlayn formada)

Dərs 12:

Yekun və Yoxlamalara hazırlıq

  • Ümumi Kargüzarlıq necə olmalıdır?
  • Kameral məktublara necə cavab verməliyik?
  • Hansı hal üçün cərimələr nə qədərdir?
  • Mühasibin işi üçün rahat sistemi necə qura bilərik?
Faylı yükləməklə proqramı əldə edə bilərsiniz:  Proqram (13 downloads)

Ünvan: Caspian Plaza.



Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat kargüzarlığı kursları, muhasibat, kurs