» » » Mühasibat firmasını necə açmaq olar? (1-ci hissə)

Mühasibat firmasını necə açmaq olar? (1-ci hissə)

posted in: Mühasibat, muhasibat, Xəbər | 0
birbank biznes

Mühasibat firmasını necə açmaq olar? (1-ci hissə)muzdlu iş, avans, Muzdlu işə aid olmayan fəaliyyətdən gəlirlər

İstənilən bir mühasibat firmasını açmaq üçün addım-addım təlimat. Bu biznes böyük kapital investisiyaları tələb etmir və bir ildən də az müddət ərzində özünü doğrulda bilir.

Əgər uzun müddət mühasib işləmisinizsə, bir gün məntiqi bir sual ortaya çıxa bilər: mühasibat firmasını necə açmaq olar?

Niyə də yox, axı, siz bu məsələlərin incəliklərinə lap yaxından bələdsiniz!

Ancaq, ola bilər ki, prosesi təşkil etmək istəyiniz var, amma bu sahədə təcrübəniz tamamilə yoxdur.

Başlanğıc şərtləri nə olursa-olsun, bu məqalə sizdən ötrü hər şeyi yerbəyer edəcək, biznesin açılmasının bütün mərhələlərini təşkil edəcək bir təlimat olacaqdır.

Mühasibat firması bir ildən də az müddətdə geri qaytarıla biləcək nisbətən kiçik kapital qoyuluşları tələb edir!

Bu, əla göstəricidir, ona görə, bu sahədə biznes qurmaq istəyənlər qərarı uzun müddətə təxirə salmamalıdırlar.

Mühasibatlıq xidmətləri bazarının təhlili

Şübhəsiz ki, istənilən bir biznes sahəsi sahibkardan onu açmazdan əvvəl firma üçün bir iş planı hazırlamağı tələb edir.

Bu, ən azından seçdiyiniz sahədəki mövcud vəziyyəti təhlil etmək və bazarda şansınızı qiymətləndirmək üçün çox vacibdir.

Mühasib kimi öz işinizi yaxşı yerinə yetirməyiniz, mühasibatlıq təşkilatınızın xidmətlərinə kifayət qədər tələbat olacağına zəmanət vermir.

Öz rəqibləriniz haqqında məlumatları, mühasibat xidmətləri sahəsində inkişaf tendensiyalarını araşdırdığınız zaman özünüz üçün bir neçə əsas məqamı müəyyən edə bilərsiniz:

1.Potensial müştərilərinizin dairəsini kimlər təşkil edir?

2.Xidmətləriniz üçün hansı qiyməti təyin etməlisiniz və başlanğıc mərhələdə hansı xidmətlərin siyahısı olmalıdır?

3.Bazar bu cür təkliflərlə nə dərəcədə zəngindir və hansı rəqabət üstünlükləri sizə uğur qazanmaqda kömək edəcək?



Teleqram qrupumuza üzv olun



Ən son xəbərləri qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Kadr Xidmətləri üçün linkə daxil olun

Ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun