» » » Mühasib və auditorların vergi ödənişləri necə hesablanacaq?

Mühasib və auditorların vergi ödənişləri necə hesablanacaq?

posted in: Audit, muhasibat, Xəbər | 0
birbank biznes

vergiMedia təmsilçiləri xidmət fəaliyyəti ilə məşğul olan bəzi şəxslərin sadələşdirilmiş vergi ödəyicisi qismində saxlanılması, digərlərinin isə mikrobiznes subyektinə aid edilməsi ilə bağlı məsələyə də aydınlıq gətirilməsini xahiş ediblər. Samirə Musayeva bildirib ki, Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, bir sıra fəaliyyət sahələrinin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ məhdudlaşdırılıb: «Onlar vətəndaşa yox, biznesə xidmət göstərən şəxslərdir. Vəkil, mühasib, auditor vətəndaşlara xidmət göstərdikləri halda, onlara dövriyyənin həcmindən asılı olaraq sadələşdirilmiş vergi rejimi tətbiq ediləcək. Sahibkarla bağlanmış müqavilə əsasında sahibkara xidmət göstərən subyektlərin sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ olmayacaq. Bu dəyişiklik bir sıra zəruri məsələlərlə bağlıdır. Məsələn, sahibkara xidmət göstərən başqa bir sahibkar qarşı tərəfə öz xərcini və gəlirini göstərmək istəmir, yaxud sadələşdirilmiş vergi rejimi ilə işlədiyi halda qarşı tərəfin tələbinə baxmayaraq, ona qaimə-faktura vermir, nəzarət-kassa aparatının çeki isə sonradan rəsmiləşdirilir.

Mən nə qədər əmlak vergisi ödəməliyəm?

Bəzən bir sahibkar başqa sahibkara mal, iş və ya xidmət təqdim etdikdə, istisna hallarda hüquqi xidmət göstərdikdə elektron qaimə-faktura təqdim etməlidir ki, qarşı tərəf öz xərcini sübut edə bilsin. Lakin bəzi hallarda qarşı tərəf gəlirini gizlətdiyindən xərcini də leqallaşdırmır. Bütün bunlar sui-istifadə hallarına yol açır. Vergi ödəyicilərinın öz əməliyyatlarını rəsmiləşdirməsi qaydaları Vergi Məcəlləsi ilə müəyyən olunur və bu cür halların qarşısının alınması məqsədilə qanunvericilikdə müvafiq dəyişikliklər edilib. Qərara alınıb ki, sahibkarlar arasında əməliyyat aparılırsa, həmin şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmasın, gəlir və xərclərin dəqiq uçotu aparılsın və əldə edilən xalis gəlirdən və yaxud mənfəətdən 75 faiz güzəşt tətbiq edilməklə vergi ödənilsin».

Azərbaycanda gömrük auditinin aparıla bilməsi üçün qanunvericiliyə dəyişikliklər edilir
Sahibkarın il ərzində mikro sahibkarlıq subyektindən kizik sahibkarlıq subyektinə keçdiyi halda ona vergi gwzəştinin necə tənzimlənməsi ilə bağlı suala cavab verən Samirə Musayeva  bildirib ki, gəlir və mənfəət vergisi ilə bağlı bəyannamə ildə bir dəfə təqdim edildiyi üçün ödənişlərin ritmikliyində yubanma olmasın deyə, bu, ilkin ödəniş sayılır: «İl başa zatdıqdan sonra mənfəət vergisi üzrə bəyannamə verildiyindən, cari ödəmələr bəyannamə ilə müqayisədə daha az ola bilər. Ödəmələr az olduqda kəsir qalan hissə bğdcəyə bərpa olunur. Əksinə, artıq olduqda həmin hissə növbəti vergi öhdəliklərinə yönəldilə bilər. Sahibkar yeni qeydiyyata alınıbsa və mikro sahibkar kateqoriyasına aiddirsə, cari ödəmələrini 75 faiz güzəşt nəzərə alınmaqla  verəcək. Mənfəət vergisi üzrə bəyannamə təqdim etdiyi zaman onun mikro sahibkarlıq subyekti olmadığı müəyyənləşərsə, kiçik sahibkarlıq üzrə vergi ödəyicisi hesab olunacaq».

Mənbə: vergiler.az

2019-cu il üçün istehsalat təqvimi və iş vaxtı norması təsdiqləndi

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.