» » » Mühasib köməkçisi kimdir?

Mühasib köməkçisi kimdir?

posted in: mühasib, Xəbər | 0
birbank biznes

Mühasib Köməkçisi: O Kimdir?


Mühasib köməkçisi – o, artıq müəssisənin mühasibat uçotunu aparan mütəxəssisin tapşırıqlarını yerinə yetirən mühasibdir. Mühasib köməkçisinin işi çox sadədir – bunlar hesab-fakturaların, malların nakladnoyları və mədaxil-məxaric kassa əməliyyatlarının rəsmiləşdirilməsidir.

Eləcə də müxtəlif müfəttişliklər və fondlara hesabatların təqdim olunması da məhz, köməkçiyə həvalə olunur. Sadə mühasibat əməliyyatlarının yerinə yetirilməsi daha mürəkkəb tapşırıqlardır: müəyyən hesablar üzrə müxabirləşmələrin formalaşdırılması, eləcə də əsas sənədlərin emalı.

Mühasib köməkçisi vəzifəsində işə düzəlməyi planlaşdıran insan, sonrakı mərhələdə mühasib işini tam həcmdə öyrənməyi və gələcəkdə hansısa bir müəssisədə mühasibatlığı sərbəst şəkildə aparmağı planlaşdırır.

Mühasib köməkçisi vəzifəsinə xüsusi kursları və hətta ali məktəbləri bitirən və iş təcrübəsi olmayan adamlar gedirlər. Belə adamlara həm təcrübə, həm də staj lazım olur.

Fəaliyyət növləri:

  • vergi orqanlarına hesabatların təhvili;
  • sadə mühasibat əməliyyatlarının yerinə yetirilməsi;
  • sənədlərin tərtibi;

Peşəkar vərdişlər:

  • mühasibat uçotunu bilməli;
  • ƏDV-ni hesablamağı bacarmalı;
  • sadə mühasibat müxabirləşmələri üzrə əməliyyatların yerinə yetirilməsi;
  • əsas sənədləriin tərtib olunma qaydalarını bilməli;
  • 1C və ya digər mühasibatlıq proqramlarını bilməli;
  • vergi orqanlarına hesabatların verilməsi qaydasını bilməli;

Əlavə xüsusiyyətlər:

Kiçik biznes sahəsi ilə məşğul olan bir şirkətə işə düzəlməniz daha yaxşıdır. Bu zaman siz baş mühasiblə daim əlaqədə olacaq və o, sizə hər şeyi sərbəst şəkildə öyrədə biləcək. İri müəssisələrdə isə işlər çətindir, çünki burada vəzifə bölgüsü aparılır və sizə hər şeyi detallı izah etmək mümkün olmadığından, bütün bunları sərbəst şəkildə özünüz öyrənməli olacaqsınız.

Mühasib olmadığı dövrdə, onun bütün vəzifə işləri köməkçinin üzərinə qoyulur ki, bu aşağıdakılardan ibarətdir:

  • mühasibat uçotu üzrə işləri yerini yetirir;
  • mühasibat uçotunun əsas sənədlərində pul vəsaitlərinin hərəkətini əks etdirir;
  • müəssisənin bank hesablarında pulların hərəkətinə nəzarət edir;
  • ödəniş sənədlərini tərtib edir və banka təhvil verir;
  • kassa və digər pul hesabatlarının hazırlanmasına nəzarəti həyata keçirir;
  • dövlət büdcəsinə və yerli büdcəyə ödənişlər edir;
  • ödəniş hesablarını həyata keçirir;
  • sənədlərin qorunub saxlanılmasını təmin edir;
  • sənədləri arxivə təhvil verilməsi üçün hazırlayır;
  • inventarlaşdırmada iştirak edir;
  • mühasiblər olmadıqda, onları əvəz edir;
  • əməyin mühafizəsi qaydalarına və normalarına, intizama, yanğından mühafizə tələblərinə, istehsal sanitariyası və gigiyenası tələblərinə əməl edir;
  • rəhbərlərin və ya müəssisə administrasiyasının əmr və sərəncamlarını yerinə yetirir.

Mən öz təcrübəmdən mühasib köməkçisinin nə olduğunu bilirəm, çünki özüm də mühasibatlıqda bu sahə üzrə təcrübə keçirəm. Düzdür, 1C biliklərim hələ çox zəifdir, amma, əsas sənədlərdən yaxşı baş çıxarıram. Mühasibatlığın aparılması üzrə şirkət üçün arxivlər tərtib edirəm. Eləcə də vergi orqanları, pensiya fondları və digər dövlət strukturlarına gedirəm, hesabatları təhvil verirəm. Eləcə də katibənin də bir neçə funksiyasını yerinə yetirirəm – zənglərə, həmçinin poçt və faksa cavab verirəm.

Bax, elə bu işləri yerinə yetirməyim, mühasib köməkçisinin vəzifələrinin nə olduğunu yaxşı başa düşməyimə kömək edib.

                                                                                                  Antonina İqoryevna


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.