» » » Mühasib dahi ünsiyyətçidirmi? (8-ci hissə)

Mühasib dahi ünsiyyətçidirmi? (8-ci hissə)

posted in: muhasibat, Məqalə | 0
birbank biznes

Məqalənin 7-ci hissəsində manipulyator – istifadəçi insanlar haqqında söz açmışdıq. Bu dəfə istifadəçi insanlar haqqında daha ətraflı məlumat verəcəyik.

8-ci hissə

İstifadəçinin fərqli növlərinə rast gəlinir.

O, öz mühümlülüyü və əhəmiyyətliliyi ilə bağlı elə fikir yaradır ki, əgər qərarlarınız həqiqətən uğursuzdursa, heç vaxt onları bəyənməsin, nəticədə anlayış və yardım əvəzinə siz, qəzəblə söylənilən elə fikirlə qarşılaşaqcaqsınız: “Axı, mən sizi xəbərdar etmişdim!”

Növbəti dəfə isə o, özünə uyğun qərarın verilməsinə çalışacaq.

Bu növ istifadəçi tipinə həm evdə həm də iş yerində, kimlərinsə sərbəstliyi məhdudlaşdırıldığı zaman, öz əvəzolunmazlıqlarını  gözə soxmağa çalışan ailə üzvləri və ya ofis işçiləri arasında tez-tez rast gəlinir.

İstifadəçilərin digər bir tipi də var – “Uşaq”. O, istənilən insanda təbiətən mövcud olan və uşaqlara kömək etmək, onları müdafiə etməyə yönələn hisslərlə oynayır. İş yerində həmin “Uşaq” hökmən lütfkar və ürəyiyumşaq birinə müraciət edəcək və ondan yardım istəyəcək.

O, gözlərini geniş açaraq, hətta özünü uşaq pozasına salaraq, sadəlövh intonasiya ilə “uşaq” səsi ilə danışacaq: ayağındakı corabların boğazı içəri qatlanmış və ağzı da bir qədər aralanmış şəkildə. Və siz artıq tərksilah olunmusunuz. Ehtiyatlı olun, belə insanlar özlərinin yerinə yetirməli olduqları işi sizin boynunuza qoymaq istəyirlər, yəni öz şəxsi məqsədlərinə çatmaqdan ötrü belə bir davranış sərgiləyirlər.

Onların arasında “Məntiq” istifadəçiləri də var. O, sözün həqiqi mənasında düzgün arqumentlər gətirir və bizlər öz davranışımızla ona üzərimizdə hökmranlıq etməyə bir növ şərait yaradırıq. “Əgər həmişə belə edirsənsə, deməli bu sənin xoşuna gəlir və həmin şərait səni təmin edir, mən isə səndən bunu etməyi xahiş etmirəm”.

 

Məqalənin 7-ci və daha əvvəlki hissələrini bu linkə daxil olmaqla oxuya bilərsiniz.

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.