Mühasib bir saatlıq ofisdən kənar… Bu nə işdir?
Teleqram kanalımıza üzv olun
Dövrümüzdə mühasib peşəsi olduqca populyar, perspektivli və maraqlı bir peşədir.
Lakin, biz bu peşə haqda nə bilirik? Onun yeni növlərindən xəbərdarıqmı? Bir çox gənc öz gələcəkləri üçün bu peşəni seçirlər, amma, əsl mütəxəssis olmaq elə də asan məsələ deyil.
Birinci dərəcəli mühasib olmaq üçün analitik düşüncə və zəhmətsevərlik yetərli deyil. İlk növbədə fövqəladə dərəcədə diqqətli olmaq lazımdır, bir sıra suallara cavab vermək üçün vəziyyəti düzgün hesablamaq və təhlil etmək bacarığına malik olmaq lazımdır.
Şirkət rəhbərliyi üçün hesabatları tərtib etməyi, əməkhaqlarını hesablamağı bacarmalı, vergi və mühasibat uçotunu aparmaq lazımdır. Mühasibat uçotunun metodlarını hərtərəfli öyrənməklə yanaşı, çox çalışmaq və işləmək lazımdır.
Mühasibin üzərinə böyük məsuliyyət düşür. Yaxşı mütəxəssis səhvə yol verməməlidir, lakin, bəzən belə hallar da baş verir, çünki mühasiblik oturaq və yeknəsək bir işdir.
Bu yaxınlarda mən ilk dəfə bir saatlıq üçün mühasib işi kimi bir anlayışa rast gəldim. Elə hallar da olur ki, bu işdə daimi çalışmaq üçün lüzum qalmır, mühasib günün bəzi saatlarında gəlib müəyyən işləri yerinə yetirə bilir.
Misal üçün, müəyyən məsləhətlər, müəssisə üzrə hansısa məlumatları əldə etmək, hesabat və ya maliyyə təhlili və s. bu kimi işləri görmək üçün mühasib gərək olur.
Bəzən isə bütün bu işlərin hamısı eyni zamanda lazım olur. Ona görə bunları yoluna qoymaq üçün belə bir işçiyə müraciət etmək daha əlverişlidir, bəzən isə ümumiyyətlə, məsafədən işləyən birinə müraciət daha faydalıdır.
Bu gün müəssisələr üçün bütün bunların rahatlığını təmin edən daha bir amil də var, belə ki, bütün bu tapşırıqları İnternet üzərindən göndərib, elə İnternet üzərindən də cavabları almaq mümkündür. Belə bir xidmətlərin fərqi ondadır ki, direktor ştatda olan mühasib üçün ayrıca iş yeri icarəyə götürməlidir, mebel, kompüter almalı, ofisin icarəsinə görə də vəsait ödəməlidir.
O səbəbdən, bu işlərin yerinə yetirilməsi üçün məsafədən bir saatlığa işçi cəlb etmək hazırda səmərəli həll yoludur, çünki bu həm vaxta, həm də pula qənaət etməyə imkan yaradır. Bir saatlığa mühasib xidmətləri təklif edən şirkətlər, məlumatların məxfiliyinə zəmanət verir, onların xidmətləri çevikliyi, əlçatanlığı və operativliyi ilə xarakterizə olunur.
Bir saatlığa mühasib işi müəyyən vəziyyətlərə görə tam iş günündə çalışa bilməyən və ya evdən çıxa bilməyən adamlar üçün çox əlverişlidir. Hələ düşünün ki, müəyyən məhdudiyyətləri olan (məs, əlil insan) bir şəxsdən ötrü bu iş necə də faydalıdır. İnsan məhz, ürəkdən etmək istədiyi bir işə görə əməkhaqqı alacaq, həm də biləcək ki, müəyyən fiziki qüsurlarına baxmayaraq, onun istedadı da işə yarayır və buna görə özü də məmnun qalır.
Məsafədən mühasib işi uşaqları olan analardan ötrü də çox əlverişlidir, belə ki, həm övladlarını öz nəzarəti altında saxlayır, onların qayğısına qalır, həm də evinə necə deyərlər, qazanc gətirir. Axı, valideynlərin yardımı ailə büdcəsini heç də həmişə tam təmin edə bilmir, bax, həmin zamanlarda evdə çıxmadan müəyyən qədər qazanc əldə etmək, lap yerinə düşür.
Yuxarıda deyilənlər bir saatlıq mühasib peşəsini çox populyar olduğunu təsdiq edir. Belə bir iş həm direktorlar, həm də işçilər üçün də sərfəlidir, axı, hər bir çalışana sərbəst iş qrafikinə malik olmaq və həmin iş cədvəlini özünün seçməsi maraqlıdır.
Bir saatlıq mühasib işi paralel olaraq əsas iş yerində çalışan mühasiblərdən ötrü də əlverişlidir. Belə halda bir saatlıq iş zamanı ondan ötrü yalnız vərdişləri və bilikləri yaxşılaşdırmağa kömək edir. İndi Kiyevdə internet mebel mağazasını təsəvvür edin, çoxlu tədarükçülər və alıcılar var, onlardan bir hissəsi nağdsız hesablaşmalar ilə çalışır və tam mühasib xidməti zərfini tələb edir.
Aydındır ki, belədə ştatda olan mühasibsiz keçinmək mümkün olmur – bir saatlıq mühasib sadəcə sənəd axınını tərtib etməyi bacarmayacaq.
Hərgah biz bir saatlıq mühasibin mənfi məqamlarına gəlib çatdıq, onda bunun digər xüsusiyyətlərinə də diqqət yetirək. Bir saatlıq mühasibllərin mənfilərinin sayı heç də az deyil.
Birincisi, mühasibat işlərini kompleks halda təmiz və keyfiyyətlə yerinə yetirən səlahiyyətli şirkətləri seçmək çox çətindir. Hazırda heç bir zəmanət və sənəd verməyən çoxlu sayda qeyri-leqal saytlar yaradılır. Bu isə mənfi amildir, çünki belə şirkətlərin əməkdaşlarının işində səhvlər yarana bilər, həmin mühasiblərin səhvlərini sübut etmək, ştatda olan işçilərin səhvlərini sübut etməkdən daha çətindir.
İkincisi, kənardan işə cəlb edilən mühasiblər, mühasibat uçotu ilə bağlı tam komleks işləri lazımi səviyyədə yerinə yetirə bilmirlər. Müvəqqəti mühasibin gördüyü bütün işləri yenidən düzəltməyə şirkətlərdən heç birinin rəhbərliyinin xoşuna gəlmir.
Bir saatlıq mühasiblərin mənfilərindən biri də onun xidmət etdiyi müəssisənin spesifik işlərini lazımi səviyyədə bilməməsidir, axı sən həmin müəssisə ilə əlaqəli deyilsənsə və yalnız bir-iki saatlıq çalışırsansa, həmin müəssisəni də yaxşı tanıya bilməzsən. Bu çox pisdir, çünki bəzi məsələlərin həlli üçün müəssisəni sadəcə bütünlüklə, tam şəkildə bilmək lazımdır.
Üçüncüsü, bizim dövrdə elə də olur ki, ixtisas və bilikləri yetərincə olmayan bir sıra mühasiblər müəyyən suallara cavab tapmaq üçün digər mühasiblərə müraciət edirlər.
Yuxarıda göstərilən məlumatlar belə bir nəticəyə gəlməyə imkan verir, bir saatlıq çalışılan mühasib peşəsi həm işəgötürənlər, həm də işçilərin özü üçün çox rahatdır. Bu perspektivli ixtisasdır və ola bilsin ki, gələcəkdə biz digər peşələrlə bağlı da bir saatlıq çalışmaların şahidi olacağıq. Lakin, məhz, bir saatlıq mühasib gələcəkdə ixtisas bazarında tam ştatda olan mühasib peşəsini sıxışdırıb çıxara biləcək.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.