» » » İstehsalatda bədbəxt hadisələrdən icbari sığorta müqaviləsi müddətsiz bağlanılacaq

İstehsalatda bədbəxt hadisələrdən icbari sığorta müqaviləsi müddətsiz bağlanılacaq

posted in: Xəbər | 0
birbank biznes

Auditor Vakansiya, icbari sığorta müqaviləsi“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi”nin yeni məzmunu və formasına dair Azərbaycan Mərkəzi Bankı (AMB), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin və İcbari Sığorta Bürosunun (İSB) rəhbər şəxsləri arasında onlayn görüş keçirilib.

Bu barədə AMB məlumat yayıb.

Məlumata görə, yeni müqavilənin məzmununa və formasına uyğun olaraq İSB-nin informasiya sistemində edilmiş dəyişikliklər barədə tədbir iştirakçılarına məlumat verilib. Təsdiq olunmuş yeniliklərə əsasən, sığorta müqaviləsi müddətsiz bağlanır və ümumi tərəfdaşlıq müqaviləsi rolunu oynayır. “Sığorta müqaviləsinin qoşması” hər müqavilə ili üzrə tərtib olunur və müqavilə ili ərzində sığortaolunanlarla bağlı bütün dəyişikliklər müqavilənin qoşmasına əlavə formasında rəsmiləşdirilir. Sığorta haqlarının ödənilməsi işə götürənin maliyyə qrafikinə uyğun olaraq birdəfəlik və yaxud hissəvi təmin edilir.

Yeniliklər artıq Əmək Müqaviləsi Bildirişi altsistemində yerləşdirilib.


Mənbə: report.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun