» » » Müddətli və müddətsiz əmək müqavilələri əmək qanunvericiliyi ilə necə tənzimlənir?

Müddətli və müddətsiz əmək müqavilələri əmək qanunvericiliyi ilə necə tənzimlənir?

posted in: Müqavilələr, Xəbər | 0

əmək müqavilələriSual. Müddətli və müddətsiz əmək müqavilələrinin əmək qanunvericiliyi ilə tənzimlənməsi barədə məlumat verməyinizi xahiş edirəm.

Cavab: Əmək müqavilələrinin müddətli və ya müddətsiz bağlanması qaydaları Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Bu Məcəllənin:

  • 45.1 – ci maddəsinə əsasən: Əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddəsiz) və ya 5 ilədək müddətə (müddətli ) bağlanıla bilər.
  • 45.2 – ci maddəsinə əsasən əmək müqaviləsində onun hansı müddətdə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.
  • 45.3 – cü maddəsinə əsasən müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.
  • 45.4 – cü maddəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.
  • 47 – ci maddəsinə əsasən yalnız əmək funksiyasının xüsusiyyətlərinə, onun icrasının şərtlərinə, müddətinə görə işlərin (xidmətlərin) daimi xarakter daşımadığı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Əmək qanunvericiliyinin bu tələblərinə əsasən əmək funksiyalarının yerinə yetirilməsinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanılmalıdır. Yalnız, işlərin və ya xidmətlərin daimi olmaması və müvəqqəti xarakter daşdığı halları əvvəlcədən məlum olarsa, belə hallarda müddətli əmək müqaviləsi bağlanıla bilər. İşəgötürənlər, onların kadr üzrə mütəxəssisləri, hüquqşünasları və digər mütəxəssisləri Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.4-cü maddəsini təhrif eməməli, iş axtaranların köməksiz vəziyyətindən sui-istifadə etməməli və tərəflərin iradəsindən və ya qarşılıqlı razılığından asılı olmayaraq əmək funksiyalarının yerinə yetirilməsinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda əmək müqaviləsi mütləq qaydada müddəti müəyyən edilmədən bağlanılmalıdır.

Mənbə: nhmt-az.org

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az
Biznes hesabi