Sual: Müəssisə ləğv edildikdə işçiyə ödənilən müavinət gəlir vergisinə cəlb edilirmi?
Cavab: Əmək Məcəlləsinə müvafiq ödənilən təminatların gəlir vergisindən azad edilməsi Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində yalnız işçilərin sayı və ya ştatların ixtisar edildiyi hallara şamil edildiyindən, həmin vergi güzəştinin müəssisə
ləğv edildiyi zaman işçiyə ödənilən müavinətlərə tətbiq edilməsi Vergi Məcəlləsində nəzərdə tutulmamışdır və ümumi qaydada gəlir vergisinə cəlb olunur.
Müəssisənin ləğvi ilə əlaqədar əmək müqaviləsinə xitam verilərkən birdəfəlik ödənilən məbləğlər məcburi dovlət sosial sığorta və işsizlikdən sığorta haqqına cəlb edilmir.
Əsas: Vergi Məcəlləsinin 98.1-ci və 102.1.4-cü maddələri, Əmək Məcəlləsinin 70-ci və 77-ci maddələri.
Mənbə: taxes.gov.az