» » » Müalicə haqlarını ödəmək üçün maddi yardım, birdəfəlik müavinət almış şəxslərə hansı güzəşt verilir?

Müalicə haqlarını ödəmək üçün maddi yardım, birdəfəlik müavinət almış şəxslərə hansı güzəşt verilir?

posted in: Xəbər | 0
birbank biznes

güzəşt , Vergi yükünün azaldılması, maliyyə sanksiyaları, xronometraj metodu, kameral vergi yoxlamasının müddəti, kameral vergi yoxlaması, xronometraj metodu, mülki-hüquqi müqavilə, vergi sanksiyası, Vergi Məcəlləsi, ədv öhdəliyi, güzəştlər cari vergi arayışıDövlət Vergi Xidmətindən bildirilib ki, aşağıda göstərilən məbləğlər gəlir vergisindən azad edilmişdir:

– ölkə daxilində müalicə haqlarını, o cümlədən cərrahiyyə əməliyyatının haqqını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 10.000 manatadək olan hissəsi;

– xaricdə müalicə haqlarını, o cümlədən cərrahiyyə əməliyyatının haqqını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 50.000 manatadək olan hissəsi.

Müalicə (o cümlədən cərrahiyyə əməliyyatı) haqlarını ödəmək üçün maddi yardım, birdəfəlik müavinət almış şəxslərə bu güzəşt həmin məbləğlərin təyinatı üzrə ödənildiyini təsdiq edən müvafiq sənədlər təqdim edildiyi halda verilir.

Nə dəyişib?

Tibb sahəsində qiymət artımları, habelə cərrahiyyə əməliyyatlarının mövcud qiymətləri nəzərə alınaraq ölkə daxilində həmin məbləğ 1.000 manatdan 10.000 manata, xüsusilə xarici ölkələrdə müalicə haqlarının, o cümlədən cərrahiyyə əməliyyatlarının məbləği yüksək olduğundan 2.000 manatdan 50.000 manata artırılmışdır.


Fondlara ödəniş edən vergi ödəyicilərinə güzəşt olunur


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun