» » » Mobil telefonlar da POS-terminal sayılacaq

Mobil telefonlar da POS-terminal sayılacaq

posted in: Xəbər | 0

Mobil telefonlar da POS-terminal sayılacaq. Bu barədə İqtisadiyyat Nazirliyinin Aparat rəhbərinin müavini Kamran Əhmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bildirib.

“Elektron ticarət haqqında” qanuna təklif olunan dəyişikliklərə görə mobil cihazların ödəniş terminallarına (POS) bərabər tutulması kiçik və orta sahibkarlar üçün mühüm dəstəkdir.

Hazırda sahibkarlar ticarət fəaliyyətinə başlamaq üçün təxminən 450-650 manat dəyərində POS terminal almalı, daha sonra onun banka qoşulması üçün təxminən 15 manat ödəməlidir. Bundan əlavə, terminala xidmət göstərilməsi üçün hər ay 20 manat xərc çəkməlidir.

Mobil telefonda proqram vasitəsilə ödənişin qəbul olunması kiçik və orta sahibkarlığı əsasən bu xərclərdən azad edir.

Biznes hesabi

Vergi inzibatçılığının inkişafında tətbiq olunan effektiv mexanizmlər