» » » Milyarderlərin əsas şəhərinin adı açıqlanıb

Milyarderlərin əsas şəhərinin adı açıqlanıb

posted in: Xəbər | 0
birbank biznes

Milyarderlərin əsas şəhərinin adı açıqlanıb

Pekində dünyanın istənilən digər şəhərində yaşayan milyarderlərdən daha çox milyarder yaşayır, “Bi-bi-si” yazır. Ötən il Çinin paytaxtında milyarderlərin sayı 33 nəfər artıb, indi onların sayı 100 nəfərə çatıb.

Koronavirusa qarşı uğurlu mübarizə, texnoloji şirkətlərin və fond bazarlarının sayının artması, Çinin birinci yeri tutmasına və zənginlərin əsas şəhərinə çevrilməsinə kömək edib. Buna qədər son yeddi il ərzində Nyu-York şəhəri lider olaraq, qalırdı, indi sözügedən şəhərdə 99 milyarder yaşayır. Amma, onların kapitalı indinin özündə də Pekindəki imkanlı şəxslərin kapitalından 80 milyard dollar çoxdur.

TikTok-un yaradıcısı və ByteDance-nin baş direktoru Çjan İmin Pekinin ən zəngin adamı adlandırılıb. Onun kapitalı ikiqat artaraq, 35,6 milyard dollara kimi yüksəlib. Nyu-Yorkun ən varlı sakini isə – keçmiş mer Maykl Blumberqdir (sərvəti 59 milyard dollardır). Çin 698 milyarder sayı ilə ABŞ-a yaxınlaşmaqdadır. ABŞ isə 724 milayrder sayı ilə əvvəlki tək liderliyni davam etdirməkdədir. Hindistan bu göstərici üzrə (140 milyarder) üçüncü yeri tutur.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun