» » » “Mexanizmlərin texniki vəziyyəti və istismarı üzərində dövlət nəzarəti haqqında” Qərarda kiçik dəyişiklik edilib

“Mexanizmlərin texniki vəziyyəti və istismarı üzərində dövlət nəzarəti haqqında” Qərarda kiçik dəyişiklik edilib

posted in: Xəbər | 0

Mexanizmlərin texniki vəziyyətiAZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 320
Bakı şəhəri, 23 iyul 2018-ci il
“Azərbaycan Respublikası ərazisində hüquqi və fiziki şəxslərə məxsus traktor, özüyeriyən maşın və mexanizmlərin texniki vəziyyəti və istismarı üzərində dövlət nəzarəti haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 16 sentyabr tarixli 121 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

Whatsapp qrupumuza daxil olmaqla sizin üçün qaranlıq qalan suallarınıza təcili cavab ala bilərsiniz

“Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan bəzi qurumların əsasnamələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 iyul tarixli 571 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 aprel tarixli 1905 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“Azərbaycan Respublikası ərazisində hüquqi və fiziki şəxslərə məxsus traktor, özüyeriyən maşın və mexanizmlərin texniki vəziyyəti və istismarı üzərində dövlət nəzarəti haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 16 sentyabr tarixli 121 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin:

  1. 1-ci hissədə “Baş dövlət texniki nəzarət müfəttişliyi (Azərbaşdövləttexnəzarət)” sözləri “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidməti” sözləri ilə, “rayon (şəhər) dövlət texniki nəzarət müfəttişlikləri” sözləri “regional bölmələr” sözləri ilə əvəz edilsin.
  2. 2-ci hissə üzrə:

2.1. ikinci abzasda “Baş dövlət texniki nəzarət müfəttişliyi (Azərbaşdövləttexnəzarət)” sözləri “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidməti” sözləri ilə əvəz edilsin;

Biznes hesabi

2.2. üçüncü abzasda “rayon (şəhər) dövlət texniki nəzarət müfəttişliyi” sözləri “regional bölmələrin” sözləri ilə əvəz edilsin.

Azərbaycan Respublikasının
Baş naziri                     Novruz Məmmədov

Mənbə: cabmin.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.