» » » Məşğulluq haqqında qanunda olan dəyişikliklərin hansı üstünlükləri olacaq?

Məşğulluq haqqında qanunda olan dəyişikliklərin hansı üstünlükləri olacaq?

posted in: Xəbər | 0
MəşğulluqMəşğulluq haqqında yeni qanun

Azərbaycan Respublikası Milli Məclisi tərəfindən oxunuşa qəbul edilmiş yeni “Məşğulluq haqqında” qanunun qəbulu ilə əmək münasibətləri sahəsində yeni və mütərəqqi addımlar atılacaq.

Əvvəlki 02.07.2001-ci il tarixli qanunun artıq 17 ildir ki, qüvvədə olması və yeniliklərin zəruri olması baxımından yeni qanunun yerində bir qanunvericilik aktı olacağı hesab edilir.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinə edilmiş yeni düzəlişlərin və “İşsizlikdən sığorta haqqında” yeni qanunun 2018-ci il yanvar ayından qüvvəyə minməsi işsizlik müavinətinin artıq istisna edilməsinə və yeni qanunun qəbuluna zərurət yaratmışdı.

Yeni qanunun əvvəlki qanunla oxşar və fərqli bir sıra xüsusiyyətləri vardır.

Biznes hesabi
Bu barədə aşağıdakı qaydada izah etməyə çalışacağıq.

– Yeni qanuna əsasən artıq mülki-hüquqi müqaviləyə əsasən çalışan şəxslər, əvvəlki qanundan fərqli olaraq mülkiyyətində yalnız kənd təsərrüfatına yararlı torpaq payı olan şəxslər və əyani təhsil alan şəxslər də məşğul şəxslər hesab edilir.

– Əksər dövlət qurumları tərəfindən birlikdə fəaliyyət nəticəsində bütün məşğul şəxs statusuna malik olanların reyestri tərtib ediləcək.

– İşsizlik statusu verilməsi qaydası qanunla deyil, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara uyğun olaraq müəyyən ediləcək, həmçinin şəxslər elektron informasiya sistemi vasitəsilə elektron ərizəni doldurmaqla işaxtaran kimi qeydiyyata düşəcək.

– İşsiz və ya işaxtaran statusu almaq hüququ olmayan şəxslər sırasına ali və orta ixtisas təhsil müəssisəsində əyani təhsil alanlar da daxil edilmişdir.

– Səlahiyyətli qurum tərəfindən vakansiya bankı qurulacaq ki, işəgötürənlərin iş yerində yeni yaradılmış vakansiyaları həmin banka daxil etmə məcburiyyəti mövcuddur.

– Azərbaycan Respublikası ərazisində işsiz və işaxtaran kimi qeydiyyata düşən şəxslərin də məşğuluğunun təmin edilməsi üçün işədüzəlmədə vasitəçilik fəaliyyətinin tətbiqinə icazə verilmişdir.

– İşsiz və işaxtaran şəxslər və tələbələr üçün əmək bazarının vəziyyəti, işə qəbul üçün psixoloji və əlavə təhsil tələbləri barədə məlumat verilməsini nəzərdə tutan peşə yönümünə dair məsləhət xidmətləri nəzərdə tutulur. Bu xidmətləri səlahiyyətli qurumlar həyata keçirə biləcək.

– Sosial iş yerləri, formalaşdırılması qaydası, 2 illik əmək müqaviləsi bağlanan müəyyən kateqoriya (gənclərlə və s) şəxslərin 3 aydan az, 12 aydan çox olmayan müddətə səlahiyyətli qurum tərəfindən əmək haqqının bir hissəsi ödəniləcəkdir.

Qeyd edək ki, bu qanunun qəbulundan sonra bir sıra yeni qaydaların qəbulu, elektron informasiya sistemlərinin qurulması və reyestrin tərtibi ilə bağlı zəruri işlər icra olunacaqdır.

Müəllif: Şəhriyar Həbilov /  Praktiki Hüquqşünas
Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az